Icma.az
close
up
RU
Ekoloq: Planetimiz su çatışmazlığı və mənbələrin çirklənməsi kimi problemlərdən əziyyət çəkir

Ekoloq: Planetimiz su çatışmazlığı və mənbələrin çirklənməsi kimi problemlərdən əziyyət çəkir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

COP29 çərçivəsində “İqlim Fəaliyyəti naminə Bakı Su Dialoqu” rəsmi olaraq başlanıb və ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib.

 “Bakı Su Dialoqu” platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.

COP29 Prezidentliyi bütün tərəfdaşları bu bəyannaməyə qoşularaq təşəbbüsü dəstəkləməyə dəvət edib.



Mövzu ilə bağlı danışan ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov “Sherg.az”a bildirib ki, Bakı, Su və İqlim bəyannaməsinin əsas məqsədi planetimizdə olan quraqlıq, su və ərzaq çatışmazlığı, transsərhəd əsaslı idarəetmə  problemlərinin yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır:


“Bu bəyənnaməni müxtəlif təşkilatlar, ölkələr, dövlətlər və maraqlı tərəflər imzalayacaq. Hələ ki, imzalayacaq ölkələrin və təşkilatların sayı haqqında dəqiq məlumat yoxdur. Lakin bilirəm ki, Almaniya, ABŞ və digər böyük ölkələrin bu bəyənnaməni dəstəkləyəcəyi gözlənilir. Bilirik ki, planetimiz transsərhəd su problemləri, su ilə bağlı olan böyük fəlakətlər, su çatışmazlığı, su mənbələrinin çirklənməsi kimi problemlərdən çox əziyyət çəkir. Bu səbəblə əlaqəli hesab olunur ki, su mənbələrinin qorunması, səmərəli istifadə, sudan istifadənin dayanıqlı inkişaf modellərinin tapılması kimi məsələlər çox vacibdir. Həmin məsələlər tezliklə öz həllini tapmalıdır. Məhz bu müddəalardan çıxış edərək həmin bəyənnaməni imzalayan tərəflər belə bir təşəbbüsü irəli sürürlər. Hesab edirəm ki, bu ictimaiyyətin diqqətini özünə cəlb edəcək, su ilə bağlı problemlərin həllinə beynəlxalq təşkilatların, iri dövlətlərin yardımını daha da artıracaq. Həmçinin milli, regional, yerli və icmal səviyyələrində su problemlərinin həllinə təkan verən müxtəlif layihələrin işlənilməsinə şərait yaradacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri