Icma.az
close
up
RU
Ekoloqdan deputatın Sumqayıtla bağlı təklifinə REAKSİYA

Ekoloqdan deputatın Sumqayıtla bağlı təklifinə REAKSİYA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin iclasında deputat Səbinə Salmanova təklif edib ki, Sumqayıtda tullantıların müasir utilizasiyası zavodu inşa olunsun. 

Belə bir zavod inşa olsunsa, bu, ekologiya üçün nə dərəcədə xeyirli olar?

Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov belə bir təklifi dəstəklədiyini bildirdi:

"Səbinə xanım çox sağ olsun ki, bu məsələni qaldırıb. Azərbaycanda, məsələn, Bakı şəhərində, Balaxanıda bir ədəd tullantı yandırma zavodu tikilib. Həmin zavod 2012-ci ildə istifadəyə verilib və illik tullantı utilizasiya etmə həcmi 500 min tona yaxındır. Yəni eyni zamanda həmin tullantıların yandırılmasından illik 200-230 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur. Demək olar ki, Bakı şəhərində tullantıların idarə olunması həmin zavod vasitəsilə həyata keçirildiyindən, şəhərdə müəyyən qədər təmizlik yaranıb. Müəyyən qədər tullantılar toplanır, daşınır, idarə olunur. İctimai mühitə, şəhər mühitinə, tullantıların idarə olunmasına kifayət qədər müsbət təsir edən bir zavoddur. Səbinə xanımın təklifi lazımlı bir təklifdir. Çünki Bakı şəhərində utilizasiya zavodu olsa da, regionlarda demək olar ki, yoxdur. Biz illik hesablasaq ki, adambaşına 24 kiloqram tullantı düşür və bu tullantını 10 milyona vursaq, kifayət qədər böyük bir rəqəm ortaya çıxır. Regionlarda tullantıların idarə olunması demək olar ki, idarə olunmur. Onu basdırırlar, yandırırlar, müxtəlif ənənəvi metodlardan istifadə edirlər. Bu da həm ətraf mühitə, həm torpağa, həm də su sistemlərinə təsir edir. Onların mərkəzləşmiş qaydada idarə olunması üçün mütləq utilizasiya zavodları lazımdır. Məsələn, plastik istehsal edən müəssisələr həmin plastik məmulatlarını, su qablarını, digər qabları geri almaq üçün təşəbbüs göstərməlidirlər. Çox təəssüf ki, bu istiqamətdə problemlərimiz çox böyükdür".

Ekoloq hesab edir ki, Sumqayıt kimi iri bir şəhərdə, sənayeləşmiş bir şəhərdə, bu tullantı zavodunun tikilməsi ətraf mühitin idarə olunmasına çox yaxşı təsir edə bilər:

"Çünki ətraf mühitdə tullantı belədir ki, əgər bu tullantı geri dönüş etmirsə, yəni təzədən utilizasiya olunmursa, bu, ətraf mühit üçün, ekologiya üçün, atmosfer üçün, torpaq üçün, su üçün xeyli problemlər yarada bilir. Məsələn, torpaq qatına qatışırlar, xüsusilə plastik məmulatları uzun illər, yüz illərlə torpaqda çürümür. Digər metal məmulatları müəyyən qədər əhali tərəfindən toplanır, istifadə olunur. Məsələn, daha təhlükəli tullantılar var. Təbii tullantılar var, hansı ki, təhlükəli tullantılardır. Yəni bunların idarə olunması mərkəzləşmiş şəkildə mütləq müəyyən tullantı zavodlarının tikilməsini zəruri edir. Bu mənada təklif birmənalı olaraq dəstəklənir və yaxşı təklifdir.

Biz Avropada tullantı idarə edilməsinə baxsaq, orada bir neçə şirkət var ki, bu tullantıların toplanması və utilizasiyası ilə məşğul olur. Müxtəlif istiqamətlərdə, turizm istiqamətində şirkətlər işləyir. Əhalidən toplanan plastik tullantılarla bir şirkət məşğul olur və bu rəqabət mühitində şəhərlərdə olan tullantılar çox qısa müddətdə toplanır. Əhalinin də müəyyən qədər maarifləndirmə aparmaqla onların çeşidlənməsinə təşviq edirlər".

Sadiq Həsənov qeyd etdi ki, Azərbaycanda tullantılar avtomobilə yüklənir və bir yerdə aparılıb Balaxanıda sonradan çeşidlənməklə emal olunur.

"Ancaq bunların yerlərdə çeşidlənməsi çox faydalı ola bilərdi. Yəni bu istiqamətdə həm vətəndaş cəmiyyətinin nümayəndələrini bu işə qoşmaq lazımdır ki, təşviq işləri aparsınlar. Eyni zamanda elmi institutların müəyyən tədqiqat işləri ilə əhalinin maarifləndirilməsi, çeşidlənməyə birbaşa əhalidən başlanması böyük töhfə verə bilərdi.

Tullantıları bir neçə növə bölürlər. Orada üzvü birləşmələr var, hansı ki, torpaqda, suda çox tez, qısa müddətdə həll olunurlar. Sonra metal elementləri var, onlar təkrar utilizasiya olunmaq üçün şəhərdə də toplanır. Plastik məmulatlar var ki, bunların utilizasiyası üçün mütləq çeşidlənməlidir, kiçik hissəciklərə qədər doğranmalıdır, sonradan onu emal etmək olur, müxtəlif əməliyyatlarda istifadə etmək olur. Təhlükəli tullantılar da bu cür çeşidlənir. Onların da müəyyən faiz nisbətləri var", - deyə ekoloq bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri