Ekranın içindəki reallıqdan daha çox qorxmalıyıq, nəinki real həyatdan SOSİOLOQ
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sosial şəbəkələr və ekran oyunları uşaqlar üçün həyatın dəyərini sıradan çıxara bilər
Azyaşlılara sosial şəbəkə qadağası qoyan ölkələrin sayı getdikcə artır. İspaniyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulacaq. Bu barədə İspaniyanın Baş naziri Pedro Sançez danışıb. O, digər Avropa ölkələrini də eyni addımı atmağa çağırıb. Avstraliya 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini ötən ilin dekabrından etibarən qadağan edib. Fransada da 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir. Həmçinin, qardaş Türkiyədə də sosial şəbəkələrdən istifadədə yaş qadağası haqqında qanun hazırlanır. Bu günlərdə haqqında çox danışılan Epşteyn adasında isə insanların canlı hədəf olaraq seçildiyi və heyvan ovu kimi v səhnələrinin təşkil edildiyi məlum olub. Hətta bildirilir ki, bu “ov səhnələri” Rockstar North studiyasının istehsalı olan kompüter oyunlarının məzmunu ilə eynidir. Bəlkə də saatlarla kompüter qarşısında əyləşən, planşet, smartfonu əlindən yerə qoymayan uşaqlarımız məhz bu oyunları izləyir. Uşaqlarımızı zərərli rəqəmsal məzmunlardan necə qoruya bilərik? 
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a açıqlamasında bildirdi ki, əgər biz cəmiyyət olaraq uşaqlarımızı erkən yaşdan etibarən rəqəmsal zorakılığa qarşı maarifləndirmiriksə, sosial şəbəkəyə qadağa gətirməyimiz problemi sadəcə ertələməyə xidmət edəcək. Onu həll etməyəcək:
- İnsan alveri və onun ən ekstremal formaları, o cümlədən “insan ovu”, müasir dövrdə sadəcə kriminal problem deyil, həm də dərin sosial patologiyadır. İfrat sərhədsizlik və dırnaqarası "azadlıq" şəraitində insan özü də istehlak obyektinə çevrilir. Burada məsələ təkcə cinayətkar şəbəkələr deyil, güc, pul və cəzasızlıq hissi ilə formalaşmış "elit" zövqlərdir. İnsan həyatının ov obyektinə çevrilməsi, təəssüf ki, bizə cəmiyyətin yuxarı təbəqələrində empatiyanın nə dərəcədə sıradan çıxmasını göstərir. Bu artıq yabanı və ibtidai barbarlıq yox, texnoloji və təşkilatlanmış barbarlıqdır. Ehtimaldır ki, rəqəmsal mühit də öz növbəsində bu cür zorakı və qeyri-insani ideyaların normallaşmasına xidmət edir. Kompüter oyunları, filmlər və s. zorakılığı estetikləşdirərək onu “əyləncə” formasına salır. Medianın uzun müddətdə bizim reallıq qavrayışımızı formalaşdırdığı faktı artıq hər kəsə məlumdur.
Sosioloq bildirdi ki, bir uşaq davamlı olaraq insanın ovlandığı, öldürülmənin oyunlaşdırıldığı məzmunla qarşılaşırsa, onun üçün həyatın dəyəri tədricən sadəcə şifahi önəm kəsb edən bir anlayışa çevrilir. Buna görə də bir çox ölkələrdə uşaqlar üçün sosial şəbəkə məhdudiyyətləri artıq “azadlıq əleyhinə addım” yox, qoruyucu mexanizm kimi dəyərləndirilir:
- Qəribədir ki, biz uşaqlarımızı real həyatın təhlükələrindən qorumaq adı ilə onları planşetlərin, youtube-ların ixtiyarına veririk, amma görünən budur ki, ekranın içindəki reallıqdan daha çox qorxmalıyıq, nəinki real həyatdan. Əlbəttə ki, burada problem texnologiyanın özündə yox, onun nəzarətsiz və sərhədsiz istifadəsindədir. Əgər biz cəmiyyət olaraq uşaqlarımızı erkən yaşdan etibarən rəqəmsal zorakılığa qarşı maarifləndirmiriksə, sosial şəbəkəyə qadağa gətirməyimiz problemi sadəcə ertələməyə xidmət edəcək. Onu həll etməyəcək. Burada əsas məsələ texnologiyanın özünün xarakteristikası yox, etik və sosial normalardadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 04 Fevral 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















