Əkrəm Bəydəmirli: Rusiya Ukrayna müharibəsində təcavüzkara güzəşt olmaz
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
“Beynəlxalq hüquqa, bəşəri dəyərlərə etinasızlıq davam etdikcə siyasi münasibətlər tragikomediya vəziyyətinə düşür. Florida ştatında Volodimir Zelenski ilə ABŞ prezidenti arasında keçirilən görüş ən azından ekspertlər tərəfindən diqqətlə izlənilirdi. Həmin müzakirələrdən sonra Trampın Rusiya prezidenti haqqında “Vladimir Putin Ukraynanın uğurunu istəyir, bunun üçün çox şey edir” açıqlaması acı gülüş doğurur. Dünyanın bir nömrəli güc mərkəzinə, ABŞ-a rəhbərlik edən cənab Trampı anlamaq olmur”.
Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:
“Müasir dünyanın gözü qarşısında Ukraynada dinc insanlara qarşı törədilən qətlləri, şəhərlərin yer üzündən silinməsini, yaşayış evlərinin, xəstəxanaların, uşaq bağçalarının vurulmasını necə unutmaq olar?
Təbii ki, müharibənin öz qaydaları var. Amma hədəf dinc insanlar, yaşayış binaları, xəstəxanalar olmamalıdır. Bu qədər ağır cinayətlərdən sonra təcavüzə məruz qalanı deyil, təcavüz edəni bütün məqamlarda dəstəkləmək, görünür strateji ticari istəklərdən irəli gəlir.
XII əsrdə Şərqdə müəyyən mənada intibah dövrü olanda Qərbdə quldarlıq prinsipləri hökm sürürdü. Bu gün qoca Avropa qitəsi yenədəmi əvvəlki dönəminə qayıtmaq istəyir. XXI əsrdə ticari yanaşmalarla müharibənin taleyini həll etmək mümkünsüzdür.
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsində ədalətsiz yanaşma, rəsmi Moskvanın istəklərinə boyun əymək Şərqi Avropa ölkələri ilə bərabər keçmiş sovet respublikaları üçün də ciddi təhlükələr vəd edir. Məhz ona görə, bu müharibədə təcavüzkara heç bir güzəşt olmamalı, bu gün unudulan beynəlxalq hüququn prinsipləri tətbiq olunaraq proses yekunlaşmalıdır. Yalnız ədalətli sülhdən və yaxud uzunmüddətli atəşkəsdən sonra ticari məqsədlərin reallaşması mümkün olar”.
Firuzə
Baxış sayı:48
Bu xəbər 29 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















