Əkrəm İmamoğlu üçün tələb olunan cəza açıqlandı
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Saxta diplom əldə etmək işi çərçivəsində “rəsmi sənədləri silsilə saxtalaşdırmaq” ittihamı üzrə Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında ittihamnamənin hazırlanması tamamlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Prokurorluq Ə.İmamoğlu üçün 2 il 6 aydan 8 il 9 aya qədər həbs və siyasi qadağa istəyib.
Xatırladaq ki, İstanbul Universiteti fevral ayında bəzi məzunlarının bakalavr diplomunun saxta olduğunu iddia edərək, Baş Prokurorluğun başlatdığı saxta diplom istintaqı çərçivəsində aralarında Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomlarının ləğv edilməsinə qərar vermişdi.
Ə.İmamoğlu mart ayında İstanbul bələdiyyəsinə qarşı açılan cinayət işi çərçivəsində həbs olunub. O, korrupsiyada ittiham edilir. Əkrəm İmamoğlu ittihamları qəbul etmir.
Bu mövzuda digər xəbərlər:Əkrəm İmamoğlu saxlanılıb
19 Mart 2025 08:33
Əkrəm İmamoğlu Bakıda
14 Noyabr 2024 12:39
Baxış sayı:76
Bu xəbər 04 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















