Ekrem İmamoğlunun həbsi istənildi: Siyasətlə məşğul olmasına xitam verilə bilər
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun iki ildən dörd ilə qədər azadlıqdan məhrum edilməsi və siyasətlə məşğul olmasının qadağan edilməsi istənilir.
Türkiyə KİV xəbərlərinə görə, bu barədə İstanbul Baş Prokurorluğunun hazırladığı ittiham aktında deyilir.
Prokurorluq E.İmamoğlunu "dövlət qulluqçusunu təhqir etməkdə" ittiham edərək onun cəzalandırılmasını tələb edir.
İttiham aktı artıq məhkəməyə təqdim olunub.
Xatırladaq ki, E.İmamoğlu daha əvvəl televiziya proqramında iştirak edərkən İstanbul baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə, "hədə" və "terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə" ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 17 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















