Icma.az
close
up
RU
Əkrəm İmamoğlunun qələmini qıran ifadə: Ən yaxın adamı onu satdı

Əkrəm İmamoğlunun qələmini qıran ifadə: Ən yaxın adamı onu satdı

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan yolsuzluq istintaqında şok bir dönüm nöqtəsi yaşanıb.

Əkrəm İmamoğlunun 2020-ci ildə şəxsən təyin etdiyi və “ən güvəndiyi adamlardan biri” kimi tanınan Kültür A.Ş-in rəhbəri Murat Abbas, susqunluğu pozub və bütün detalların üstünü açıb.

İfadəsində İmamoğlunun adını birbaşa hallandırmayan Abbas, lakin göstərdiyi şəxslər, yönəldiyi strukturlar, işarə etdiyi pullar və toplantılarla İmamoğlunun siyasi və hüquqi taleyinə ağır zərbə vurub.

İstanbulda böyük büdcəli mədəniyyət layihələrinin arxasında duran, tender proseslərini yönəldən, seçki kampaniyalarına “fond axını” təmin edən Murat Abbas, “etkin pişmanlık” (fəal peşmanlıq) hüquqi mexanizmindən yararlanaraq ifadə verib və polis nəzarəti şərti ilə azadlığa buraxılıb. Lakin onun ifadəsi bələdiyyədəki böyük sistemin necə işlədiyini bir sətirlə belə özətləyib: “Pul axını Kültür A.Ş-dən başladı, Medya A.Ş-yə yönəldi, seçki kampaniyasına dayandı.”

Abbas bildirib ki, 43 milyon lirəlik “Dijital Deneyim Merkezi” layihəsinin yalnız 13 milyonluq hissəsi real işlərə xərclənib, qalan pulların yönləndirilməsi isə İBB rəhbərliyinin bilavasitə təlimatı ilə olub. Bu pullardan bir hissəsi “Ramazan yardımı” adı ilə CHP-nin seçki kampaniyası üçün toplanıb. İfadədə ən çox adı çəkilən şəxslər isə İBB rəhbərliyində təmsil olunan Murat Ongun və Ertan Yıldız olub.

Ən dramatik məqam isə əməliyyatdan az əvvəl – 9 mart tarixində keçirilən “səssiz toplantı” ilə bağlıdır. Abbas bu iclasda bələdiyyənin rəhbər şəxslərinin əməliyyatdan xəbərdar olduğunu, işçilərə “ağız birliyi” etmələri üçün təlimat verildiyini, məlumatların gizlədildiyini açıqlayıb. Bu isə istintaqa gizlətməyə cəhd kimi qiymətləndirilir.

İfadələrdən sonra məhkəmə İmamoğlunun həbsinin davam etməsinə qərar verib. Türkiyə siyasətində parlayan, bir zamanlar prezidentliyə namizəd kimi göstərilən Əkrəm İmamoğlunun “ən yaxınındakı adamın onu satması” həm hüquqi prosesdə, həm də ictimai rəy mühakiməsində qələminin qırıldığı an kimi yadda qaldı./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Aprel 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri