Icma.az
close
up
RU
Ekrem İmamoğlunun saxlanılması ilə bağlı təfərrüat: Hansı cinayətlərdə ittiham olunur?

Ekrem İmamoğlunun saxlanılması ilə bağlı təfərrüat: Hansı cinayətlərdə ittiham olunur?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun saxlanılması ilə bağlı detallar məlum olub.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, korrupsiya və terror təşkilatı ilə bağlı istintaq çərçivəsində saxlanılan Ekrem İmamoğlu barəsində prokurorluq tərəfindən iki ayrı araşdırma aparılır. O, "PKK ilə əməkdaşlıq" və "Korrupsiya və rüşvətxorluq" maddələri üzrə ittiham olunur.

Bildirək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı araşdırma nəticəsində İmamoğlu 19 mart 2025-ci il yerli saatla 06:55-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Əməliyyatın əsasını İstanbul Böyükşəhər Bələdiyyəsinin media qurumu olan "Medya A.Ş."də tender prosesləri ilə bağlı pozuntular, "Medya A.Ş."nin tender prosesləri zamanı ictimaiyyətə zərər dəyməsi, həmçinin 2024-cü il yerli seçkilərdə DEM Partiyası vasitəsilə həyata keçirilən "Şəhər konsensusu"nun PKK ilə əlaqəli olduğuna dair iddialar təşkil edib.

Saxlanılma qərarı Ekrem İmamoğlunun 18 martda diplomunun etibarsız sayılması ilə başlayan hüquqi və siyasi təzyiq prosesinin davamı kimi qiymətləndirilir.

Beləliklə, İmamoğluna qarşı irəli sürülən ittihamlar aşağıdakı kimi sadalanıb:

- Tender saxtakarlığı və ictimaiyyətə zərər vermə: "Medya A.Ş."nin təşkil etdiyi tenderlərdə bazar dəyərindən yüksək qiymətlərlə bəzi şirkətlərə haqsız qazanc təmin edilib və bu yolla ictimai resurslardan qeyri-qanuni istifadə edilib. Bu cinayət Türkiyə Cinayət Məcəlləsinin 235-ci maddəsi çərçivəsində qiymətləndirilir və 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

- Terror təşkilatı ilə əlaqə (PKK ilə əlaqəsi): "Şəhər konsensusu" çərçivəsində prokurorluq İBB-nin bəzi layihələrindən PKK-ya maliyyə dəstəyi vermək üçün istifadə edilməsi ilə bağlı araşdırma aparılır. Bu iddia Türkiyə Cinayət Məcəlləsinin 314-cü (silahlı terror təşkilatına üzv olmaq) və əlaqəli maddələri ilə qimyətləndirilə bilər və 5 ildən 10 ilə qədər həbs və siyasi qadağa nəzərdə tutula bilər.

- Cinayət təşkilatı yaratmaq: İmamoğlunun bu fəaliyyətləri cinayət təşkilatı çərçivəsində təşkil etdiyi iddia edilir, lakin bu ittihama dair təfərrüat hələ dəqiqləşdirilməyib.

İstintaq sənədində əlaqə vasitələrinin dinlənilməsi, fiziki müşahidə hesabatları və bank hesablarının hərəkəti kimi dəlillərin olduğu qeyd edilir. Lakin İmamoğlunun vəkilləri bu iddiaların heç bir hüquqi əsası olmadığını və siyasi qurma olduğunu iddia edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Mart 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri