Ekrem İmamoğlunun saxlanmasından sonra İstanbul Böyükşəhər Bələdiyyəsindən ilk açıqlama
Icma.az, Oxu.az saytına istinadən bildirir.
İstanbul Böyükşəhər Bələdiyyəsi Ekrem İmamoğlunun saxlanılmasından sonra bəyanat yayıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Bəyanatda bütün əməkdaşların öz vəzifələrinə qayıdacaqlarına inam ifadə olunub.
"Hörmətli istanbullular, bu gün ölkəmiz və millətimiz üçün son dərəcə acınacaqlı bir prosesin şahidi oluruq. Qanunun aliliyinə və demokratik iradəyə olan inancımıza uyğun olaraq, hadisələrin gedişatını diqqətlə izləyirik.
Ədalətin ən qısa zamanda bərpa olunacağına və başda sədrimiz olmaqla, bütün həmkarlarımızın öz vəzifələrinə qayıdacaqlarına tam şəkildə inanırıq.
Bu müddətdə bizim üzərimizə düşən ən mühüm öhdəlik 16 milyon İstanbul sakininə, bu günə qədər etdiyimiz kimi, fasiləsiz və keyfiyyətli xidmət göstərməyə davam etməkdir. Bütün həmkarlarımızla birlikdə işimizin başında olacaq və şəhərimiz qarşısındakı məsuliyyətimizi eyni əzmlə davam etdirəcəyik.
Hər şeyin ən qısa zamanda daha gözəl olacağına inancımızla, hörmətlərimizi bildiririk", - deyə açıqlamada qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 19 Mart 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















