Əkrəm İmamoğluun əlyazması ortaya çıxdı: Millətimiz gərəkli cavabı verəcək Təslim olmayacağam
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Bu gün həbs olunan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs ərəfəsində əl yazısı ilə mesaj yazıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, saxlanılan anda X sosial media səhifəsində əlyazmasını paylaşıb.
İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan "korrupsiya və terror" ittihamıarını rədd edən və bunu bir siyasi məqsəddən qaynaqlanan "çirkli oyun" sayan Əkrəm İmamoğlun yazıb:
"Yalanlara, kumpaslara (siyasi oyunlar), tələlərə, qul haqqı yeyənlərə, xalqın iradəsini oğurlayanlara millətimiz gərəkli cavabı verəcək. Mən əvvəl Allaha, sonra millətimizə əmanətəm"
Onu da qeyd edək ki, İmamoğlu həbsə aparılarkən video paylaşıb: “Təəssüf edirəm ki, millətimizin iradəsini qəsb etməyə çalışan bir ovuc ağıl mənim sevimli polislərimi, bu ölkənin təhlükəsizlik qüvvələrini bu şər işin aləti kimi istifadə edib, yüz milyonlarla polis məmurunu İstanbul bələdiyyəsinin qapısına yığıb. Biz böyük zorakılıqla üzləşirik, amma bilməyinizi istəyirəm ki, mən təslim olmayacağam. Hamınızı çox sevirəm. Mən özümü millətimə əmanət edirəm. Millətimiz bilsin ki, mən dik duracağam. Mübarizəmiz davam edicək"
Firudin Səfərli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Mart 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















