Icma.az
close
up
RU
Eks Barselona futbolçusu Real ın hədəfində

Eks Barselona futbolçusu Real ın hədəfində

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real Madrid"də Antonio Rüdiger və David Alabanın müqavilələri mövsümün sonunda başa çatır.

Milli.Az xəbər verir ki, mövcud vəziyyət göstərir ki, hər iki müdafiəçinin sözləşməsini yeniləməsi ehtimalı azdır. Bu isə klub rəhbərliyini az riskli və böyük maliyyə xərci tələb etməyən alternativlər axtarmağa vadar edib.

"Barselona"nın sabiq müdafiəçisi Oskar Mingesa yay transfer pəncərəsi öncəsi "Real Madrid"in maraq dairəsinə düşüb. Hazırda "Selta Viqo"da çıxış edən 26 yaşlı futbolçunun müqaviləsi iyun ayında başa çatır və yeni sözləşmə ilə bağlı nikbinlik yoxdur.

Klub daxilində isə qısa müddətli planlarla bağlı sakitlik hökm sürür. Rəhbərlikdə yanvar transfer dövrünün emosional və tələsik qərarlar üçün uyğun vaxt olmadığı düşünülür. Bununla belə, "Real Madrid"in prezidenti Florentino Perez mövsüm başa çatdıqdan sonra müdafiə xəttində ciddi dəyişikliklər planlaşdırır.

Mingesanın vəziyyəti də məhz bu kontekstdə ön plana çıxır. Müqaviləsinin bitməsi ona digər klublarla danışıqlar aparmaq imkanı yaradır. Məlumata görə, futbolçunun nümayəndələri artıq onu "Real Madrid"ə təklif ediblər. Oyunçu üçün "Santiaqo Bernabeu"ya transfer karyerasında mühüm addım ola bilər.

Lakin Madrid klubu tələsmir. Bildirilir ki, mövcud futbolçuların müqavilə məsələləri tam aydınlaşmadan heç bir yekun qərar verilməyəcək.

Mingesa əsasən sağ cinah müdafiəçisi kimi çıxış edir və La Liqa təcrübəsi kifayət qədər zəngindir. Bununla yanaşı, o, yalnız "Real Madrid"in maraq dairəsində deyil. İngiltərə Premyer Liqası klublarından "Nyukasl" da futbolçunu izləyənlər arasındadır. (Offsideplus.az)

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Yanvar 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri