Əks yola çıxıb qırmızda keçən taksi sürücüsü piyadaların üzərinə sürdü VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xırdalan şəhərində baş verən təhlükəli qayda pozuntusu sürücülər və piyadalar üçün ciddi təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, 99-BG-536 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarına əməl etməyərək bir neçə kobud qanun pozuntusuna yol verib. O, əvvəlcə qəfil manevr edərək görüntünü qeydə alan avtomobilin qarşısına keçib və təhlükəli vəziyyət yaradıb. Daha sonra isə, qoşa xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında axına qarşı hərəkət edib.
Sürücünün qayda pozuntuları bununla da bitməyib. O, nizamlanan piyada keçidində qırmızı işıqda dayanmayaraq piyadaların hərəkətinə mane olub.
Sözügedən videonu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Mart 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















