Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Əksəriyyətimizi düşündürən sual: Etibarlı usta varmı? FOTO

Əksəriyyətimizi düşündürən sual: Etibarlı usta varmı? FOTO

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Evdə hər şey qaydasında olanda məişət texnikalarının önəmini çox da hiss etmirik. Soyuducu sakitcə işləyir, paltaryuyan öz ritmində fırlanır, kondisioner evdə istədiyiniz temperaturu yaradır, televizor isə axşamların əyləncəsinə çevrilir. Amma cihazlardan biri qəfil dayananda evdə bütün nizam pozulur, təcili usta axtarışına çıxırıq. Əsl problem də çox vaxt elə bundan sonra başlayır. Çünki nasaz texnikanı təmir etdirmək bəzən onu almaq qədər xərc tələb edir. Rəsmi servisə getsən, xidmət haqqı bəzən cihazın yarı qiyməti qədər olur. Cib yandıran bu qiymətlər bir çox insanı geri addım atmağa məcbur edir.

Nəticədə vətəndaşların böyük hissəsi çıxış yolunu "tanış usta", "məhəllənin ustası", "filankəsin qohumu" və ya sosial şəbəkələrdə elan yerləşdirən fərdi təmirçilərdə görür. Lakin bu seçim hər zaman uğurlu olmur. Bəzən cihaz bir gün sonra yenidən xarab olur, bəzən dəyişdirildiyi deyilən detalın ümumiyyətlə dəyişmədiyi ortaya çıxır, kiçik problem daha böyük nasazlığa çevrilir. Çünki yaxşı usta tapmaq artıq texnikanı təmir etdirmək qədər çətin məsələyə çevrilib. Bu sahədə peşəkarlarla yanaşı, təcrübəni birbaşa müştərinin evində qazananlar da az deyil. Ona görə də insanlar indi təkcə "usta varmı?" sualını yox, daha çox "etibarlı usta varmı?" sualını verirlər.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ən güclü reklam ustanın öz işidir"

Məişət avadanlıqlarının təmiri ustası Orxan Məmmədzadə deyir ki, usta seçərkən ilk növbədə onun təcrübəsinə və iş prinsipinin şəffaflığına diqqət yetirilməlidir. Onun sözlərinə görə, müştəri üçün ən vacib məqamlardan biri görülən işin aydın izah olunmasıdır: "Usta problemi müştəriyə başadüşülən şəkildə izah etməli, hansı hissənin niyə dəyişdirildiyini detallı şəkildə bildirməlidir. Təəssüf ki, bəzi hallarda texnikadan anlayışı olmayan insanlar əlavə xərclərlə qarşılaşa bilirlər. Buna görə də iş prosesində şəffaflıq əsas şərtdir. Əvvəlki müştərilərin rəyləri və tövsiyələr seçim zamanı mühüm rol oynayır. Uzun müddət eyni sahədə çalışan və müştəri etimadı qazanmış ustalar daha etibarlı sayılırlar. İndi ən güclü reklam ustanın öz işidir. Əgər bir usta keyfiyyətli işləyirsə, onu müştəri özü digərlərinə tövsiyə edir".

"Xərclər əvvəlcədən danışılmalıdır"

Usta qeyd edir ki, görülən işə və dəyişdirilən hissələrə zəmanət verilməsi də vacib məqamlardandır. Bu, həm ustanın işinə məsuliyyətli yanaşmasını göstərir, həm də müştəri üçün əlavə təhlükəsizlik yaradır.

Qiymət məsələsinə gəldikdə isə Orxan Məmmədzadə təmirə başlamazdan əvvəl bütün detalların razılaşdırılmasını vacib sayır: "İş başlamazdan əvvəl qiymət dəqiq bilinməlidir. Hansı hissənin dəyişdiriləcəyi, əlavə xərc olub-olmayacağı əvvəlcədən danışılmalıdır. Keyfiyyətli təmir yalnız nasazlığı aradan qaldırmaq deyil, problemin kökünü tapmaqdır. Peşəkar usta sadəcə xarab olan hissəni dəyişmir, problemin haradan yarandığını araşdırır ki, eyni nasazlıq təkrar baş verməsin. Bu yanaşma həm cihazın ömrünü uzadır, həm də əlavə xərclərin qarşısını alır. Həmçinin dəyişdirilən hissələrin orijinallığı mütləq soruşulmalı, mümkün olduqda köhnə detallar müştəriyə göstərilməlidir. Çünki bəzi hallarda sadə nasazlıqlar daha ciddi problemlər kimi təqdim edilə bilir. Digər mühüm məqam ustanın ixtisaslaşmasıdır. Bütün məişət texnikalarını "eyni səviyyədə təmir edən" ustalar hər zaman ən doğru seçim sayılmır. Konkret sahədə təcrübəsi olan ustalar daha stabil nəticə verir".

"Bazarda təcrübəsi olmayanlar çoxdur"

Məişət texnikası ustası Elvin Abbasov bildirir ki, usta seçimi zamanı ən vacib məqamlardan biri həmin şəxsin gördüyü real işlərlə tanış olmaqdır. Onun sözlərinə görə, təcrübə yalnız sözlə yox, nəticə ilə ölçülməlidir: "Usta seçərkən onun əvvəllər hansı cihazlarla işlədiyini, hansı təmirləri həyata keçirdiyini öyrənmək vacibdir. Çünki alət tutmaq hələ ustalıq demək deyil. Hazırda bazarda özünü usta kimi təqdim edən, lakin kifayət qədər təcrübəsi olmayan şəxslərə də rast gəlinir. Bu isə sonradan cihazın yenidən sıradan çıxmasına səbəb olur. Bəzən görürsən ki, sadə bir alətlə işləyib özünü usta kimi təqdim edənlər var".

"Keyfiyyətsiz detallar cihazın ömrünü xeyli qısaldır"

Elvin Abbasov hesab edir ki, hər bir texniki işin arxasında təcrübə dayanmalıdır. Onun fikrincə, düzgün diaqnostika edilməyən nasazlıq yalnız müvəqqəti həll olunur və bu, həm əlavə xərc, həm də vaxt itkisi yaradır: "Peşəkar yanaşma yalnız təmir prosesi ilə məhdudlaşmır, həm də müştəri ilə münasibətdə özünü göstərir. Ustanın izah vermə bacarığı və şəffaf işləməsi də etibarın əsas hissəsidir. Usta seçimində ilk növbədə istifadə olunan ehtiyat hissələrinin orijinallığı mütləq soruşulmalıdır. Çünki keyfiyyətsiz və ya uyğun olmayan detallar cihazın ömrünü xeyli qısalda bilər. Digər mühüm məqam ustanın diaqnostika metodudur. Peşəkar usta problemi yalnız xarici əlamətlərə görə deyil, texniki yoxlama ilə müəyyən edir. Əks halda yanlış diaqnoz səbəbindən əlavə təmir xərcləri ortaya çıxa bilər".

Bazarda tez-tez rast gəlinən hallardan biri də "çoxsahəli usta" modelidir. Yəni eyni şəxs soyuducu, paltaryuyan, televizor və kondisioneri eyni səviyyədə təmir etdiyini iddia edir. Mütəxəssislər bu yanaşmanı ehtiyatla qiymətləndirməyi tövsiyə edirlər, çünki ixtisaslaşma keyfiyyətə birbaşa təsir göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 İyun 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri