Icma.az
close
up
RU
Ekspert açıqladı: Qarayara xəstəliyinin təsdiqlənməsi ət satışına təsir göstərə bilərmi?

Ekspert açıqladı: Qarayara xəstəliyinin təsdiqlənməsi ət satışına təsir göstərə bilərmi?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Samux rayonu ərazisində qarayara xəstəliyinin yayılması rəsmi şəkildə təsdiqləndi. Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə açıqlamasından məlum oldu ki, ilkin epidemioloji araşdırmada xəstəlik bir şəxsdə laborator müayinə ilə təsdiqlənib. Rəsmi məlumata görə, xəstə heyvanla təmasda olmuş 9 nəfər aşkarlanaraq, Gəncədəki Abbas Səhhət adına şəhər xəstəxanaya yerləşdirilib.“Qarayara xəstəliyi” diaqnozunun təsdiqini tapması heyvandarlıq təsərrüfatına, ət satışına, o cümlədən qiymətlərə təsir göstərə bilərmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına mövzunu şərh edərkən bildirib ki, hələlik heç bir təsiri yoxdur. Çünki xəstəlik lokal şəraitdə - Samux rayonunda aşkarlanıb. Həmin ərazi də nəzarətə götürülüb.

“Qarayara xəstəliyinə tutulmuş heyvan müalicə olunmur. Çıxdaş edilir, utilizasiya olunur. Yaxud onun əti termik emaldan sonra istifadəyə yararlı olur. Hazırda “qarayara”ya görə ət satışının azalmasından danışmaq tezdir. Çünki xəstəlik lokal ərazidə aşkarlanıb. Xəstəlik aşkarlanan heyvanlar da çıxdaş edilib. Xəstəlik geniş yayılsaydı, təsiri hiss olunardı”, - deyə ekspert bildirib.

Akif Nəsirli əlavə edib ki, qarayara xəstəliyinə yoluxan heyvanın əti ilə təmasda olan insanların hər birinə həmin xəstəliyin keçmək ehtimalı olur. Əgər həmin ətə toxunan insanın əlində və ya bədəninin başqa bir hissəsində kəsik, zədə varsa, o hissədən yoluxa bilər: “Ona görə də qarayaraya yoluxan heyvanın ətinin satılması qadağandır. Çünki təhlükəlidir. Yalnız xüsusi şəraitdə, termik emaldan sonra zərərsizləşir, ondan sonra istifadəsinə icazə verilir”.

Ekspert bir müddət əvvəl heyvanlarda yayılmış dabaq xəstəliyini xatırladıb. Onun sözlərinə görə, qarayara dabaqdan da təhlükəli xəstəlikdir: “Bu, ötən il yayılmış dabaq xəstəliyi kütləvi yayılmayıb. Müəyyən lokal ərazidədir. Çox güman ki, müvafiq orqanlar yayılmasının qarşısını alacaq”.

Kənd Təsərrüfatı Nazirliyi də yaranmış vəziyyətlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanları baytarlar müalicə edib: “Hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər.

Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir”.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Avqust 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri