Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Ekspert: Avropa Azərbaycanla olan əməkdaşlığa çox yüksək dəyər verməlidir MÜSAHİBƏ

Ekspert: Avropa Azərbaycanla olan əməkdaşlığa çox yüksək dəyər verməlidir MÜSAHİBƏ

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 iyun, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Atlantik Şuranın Vaşinqtondakı Qlobal Enerji Araşdırmaları Mərkəzinin baş elmi işçisi, BMT Avropa İqtisadi Komissiyasının Davamlı Enerji üzrə layihəsinin Məsləhət Şurasının üzvü və BMT AİK-in Qaz üzrə Ekspertlər Qrupunun üzvü Con Roberts ilə müsahibəni təqdim edir.

- Cənab Robetrs, Avropanın enerji təhlükəsizliyinin arxitekturası enerji böhranının başlanğıcı və Rusiyadan tədarükün azalması fonunda necə dəyişdi?

- Böhran qarşımıza eyni anda iki vəzifə qoydu ki, onların həlli ilk baxışdan bir-birinə zidd yanaşmalar tələb edir. Birincisi, bu, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsindən sonra Rusiya qazının tədarükünün itirilməsi ilə Avropada yaranmış birbaşa böhrandır. İkincisi isə, biz uzunmüddətli böhranla, iqlim dəyişikliyi ilə üz-üzəyik. Onun nəticələri gözləniləndən daha sürətli şəkildə üzə çıxır və bu da qısamüddətli itkilərə səbəb olur. Avropanın qarşısında duran hazırkı vəzifə — əsasən qaz olmaqla, qazıntı mənşəli yanacağın sabit tədarükünü təmin etməkdir. Lakin bu, Avropanın daha çox qazıntı yanacağına ehtiyacı olduğu anlamına gəlmir. Söhbət mövcud həcmlərə etibarlı çıxış imkanından gedir. Problem ondadır ki, tədarük sabitliyinin təmin olunması uzunmüddətli müqavilələr və investisiyalar tələb edir. Qısamüddətli enerji sabitliyini təmin etmək üçün uzunmüddətli öhdəliklərə və maliyyələşməyə ehtiyac var. Amma bu, qazıntı yanacağının istehlakının azaldılması tendensiyası ilə ziddiyyət təşkil edir. Hələ ki, bu paradoksun necə həll olunacağını bilmirik.

Bununla paralel olaraq, iqlim dəyişikliyinə qarşı mübarizə üçün qazıntı mənşəli enerji mənbələrindən mümkün qədər tez imtina etməliyik. Bu, müəyyən qədər bərpaolunan enerji mənbələrinin artan əlçatanlığı sayəsində mümkündür. Lakin hələ də külək əsən və ya günəş parlayan zamanlar istisna olmaqla, bu mənbələr əlçatan olmadıqda, enerji tələbatını ödəmək üçün yetərli gücə sahib deyilik. Ən kritik məqam isə odur ki, biz hələ də genişmiqyaslı və etibarlı enerji saxlama sistemlərinə — istər batareyalar, istər hidroakkumulyasiya stansiyaları, istərsə də binalarda istilik yığımı vasitələrinə malik deyilik. Bu, bu gün qarşılaşdığımız enerji dilemmasının əsas mahiyyətidir.

- Sizcə, qarşıdakı illərdə Avropanın enerji təhlükəsizliyi üçün ən ciddi çağırışlar hansılardır? İnfrastruktur üçün fiziki təhdidlər, siyasi qeyri-sabitlik, investisiya çatışmazlığı, yoxsa başqa amillər?

- Ən ciddi çağırış, şübhəsiz ki, Ukraynada davam edən müharibədir. Ümumilikdə Avropada siyasi sabitlik ideal vəziyyətdə deyil, amma fəlakətli də sayılmaz. Düşünürəm ki, daxili problemlərin çoxunun öhdəsindən gələcəyik. Lakin Rusiyadan qaynaqlanan təhdidlərə qarşı hələ də aydın qarşıdurma planımız yoxdur. Tam müdafiə sistemi qurmaq üçün bir neçə ilə ehtiyac olacaq və hazırda Avropanın aparıcı ölkələrinin əksəriyyəti məhz bu işlə məşğuldur.

- Avropanın qaz boru kəmərinə alternativ olaraq təbii maye qaz (LNG) üzərində qurduğu strategiya nə dərəcədə dayanıqlıdır? Sizcə, bu, uzunmüddətli həll ola bilərmi?

- İcazənizlə, əvvəlki suala bir məqamı da əlavə etmək istərdim, çünki bu məsələ onunla sıx bağlıdır. Avropa daxilində infrastruktur əhəmiyyətli dərəcədə təkmilləşib. Artıq sahilyanı terminallara daxil olan təbii maye qazın qitənin dərinliklərinə daşınması xeyli asanlaşıb və bu proses daim təkmilləşdirilir. Qazın Avropa daxilində paylanması hələ ideal səviyyədə olmasa da, durmadan yaxşılaşır.

LNG məsələsinə gəlincə, hazırda Avropa iki əsas təchizatçıdan asılıdır və yaxın gələcəkdə üçüncü bir təchizatçının da bazara daxil olacağı gözlənilir. Bu iki əsas təchizatçı, əlbəttə ki, ABŞ və Qətərdir. ABŞ-da hazırda enerji, xüsusilə də qazıntı yanacaqlarının ixracını fəal şəkildə dəstəkləyən bir administrasiya hakimiyyətdədir. Buna görə də yaxın perspektivdə ABŞ-dan tədarük baxımından ciddi bir problem görmürəm. Qətər isə qaz istehsal güclərini kəskin şəkildə artırır və məhsullarını bütün dünyaya kommersiya əsaslı satmağa yönəlib.

Bundan əlavə, Afrika sahillərində yeni ofşor qaz ehtiyatları da istismara verilməkdədir. Beləliklə, məsələ qazın mövcud olub-olmamasında deyil, onun Avropaya, Asiyaya, yoxsa bu iki region arasında necə bölüşdürüləcəyindədir. Bu da tamamilə qiymətdən asılı olacaq, başqa heç nədən deyil və bu, siyasi təzyiqlərə baxmayaraq, belə də qalacaq. Ona görə də mən LNG tədarükündə hər hansı ciddi problem görmürəm. Üstəlik, gələn ilin sonuna qədər Afrikada da daxil olmaqla əlavə LNG terminallarının işə düşməsi gözlənilir.

Bundan əlavə, Avropa hələ də Norveç və Şimali Afrikanın əhəmiyyətli hissəsi kimi böyük mənbələrdən qaz tədarükünü davam etdirir.

- Yeni geosiyasi şəraitdə enerji təchizatçıları kimi Mərkəzi Asiya və Yaxın Şərqin rolunun transformasiyasını necə görürsünüz?

- Yaxın Şərq resursların yüksək konsentrasiyasına görə, Xəzər bölgəsi ilə müqayisədə daha vacib region olaraq qalacaq. Bu bölgə hələ də dünyadakı ixraca yönəlmiş neft və qaz ehtiyatlarının yarısından çoxuna malikdir. Bununla belə, müəyyən məhdudiyyətlər də mövcuddur. Məsələn, İran dünyanın ən böyük qaz ehtiyatlarına sahib olsa da, paradoksal şəkildə qazın xalis idxalçısıdır. Bu, İranın ölkə daxilində neft istehlakını mümkün qədər azaltmağa və bununla da ixrac üçün daha çox neft saxlamağa çalışması ilə bağlıdır. Bununla belə, Yaxın Şərq enerji sahəsində həlledici rol oynamaqda davam edir.

Mərkəzi Asiya isə iki istiqamət üzrə mühüm əhəmiyyət daşıyır. Birincisi, region xüsusilə qaz sahəsində Çinin əsas neft və qaz təchizatçılarından biridir. Bu isə Mərkəzi Asiyanı Rusiya ilə rəqabətə gətirir. Daha dəqiq desək, bu vəziyyət Çinə qazın həcmi və qiymətləri üzrə danışıqlarda Rusiya ilə Mərkəzi Asiya arasında manevr etmək imkanı yaradır. Bu, ciddi geosiyasi amildir. Qərbə qaz tədarükü məsələsinə gəldikdə isə, Mərkəzi Asiya hələ də əhəmiyyətli miqdarda neft ixrac edir. Lakin bu prosesin çətinliyi ondan ibarətdir ki, Qazaxıstanın neftinin əsas hissəsi Rusiya ərazisindən keçən “Caspian Pipeline Consortium” (CPC) boru kəməri vasitəsilə nəql olunur. Əgər Mərkəzi Asiya anlayışını genişləndirərək bura Xəzəryanı ölkələrdən biri olan Azərbaycanı da daxil etsək, mənzərə dəyişir.

Azərbaycanın dünya bazarlarına çıxışı Gürcüstan və Türkiyə üzərindən keçən etibarlı nəqliyyat marşrutlarına əsaslanır. Bu, istər Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə, istərsə də Avropanın dərinliklərinə uzanan Cənub Qaz Dəhlizi vasitəsilə reallaşır. Azərbaycanın ixrac etdiyi enerji həcmləri qlobal miqyasda çox böyük olmasa da, onlar Avropa üçün həyati əhəmiyyət daşıyır. Bu, sadəcə balanslaşdırıcı element deyil, strateji resursdur. Hazırda Bakıdan Ceyhana gündəlik təxminən 460 min barel neft nəql olunur. Azərbaycanın əsas yatağı olan Azəri-Çıraq-Günəşli yatağında isə hasilat gündəlik təxminən 331 min barel təşkil edir. Bu tədarük səviyyəsinin qorunub saxlanması vacibdir, çünki neft Azərbaycanın həm rifahı, həm də sabitliyi üçün əsas rol oynamaqda davam edir. Lakin Avropanın faktiki enerji tələbatı baxımından qaz daha mühüm yer tutur.

Azərbaycan isə özü ilə əlaqəsi olmayan xüsusi bir problemlə üz-üzədir: Avropa hələ də əsas bir suala cavab verməyib — yəni Avropa anlayırmı ki, Azərbaycandan stabil qaz tədarükü üçün uzunmüddətli müqavilələr tələb olunur? Bu müqavilələrin həddən artıq uzun müddətli olmasına ehtiyac yoxdur — on il kifayət edər, hətta bəziləri beş ilin də yetərli olduğunu deyir — lakin onlar mütləq lazımdır. Avropaya ixracın illik 13 milyard kubmetrdən 20 milyarda çatdırılması üçün məhz bu investisiyalar zəruridir. Bu problemi yalnız Avropa ölkələri və Avropa maliyyə institutları həll edə bilər.

- Avropanın qaz infrastrukturu vəziyyətini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, təchizatın dayanıqlılığını artırmaq üçün hansı layihələr prioritet sayılır?

- Hazırda bu sahədə xeyli dəyişikliklər baş verir. BRUA sisteminin — Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanı birləşdirən layihənin inkişafını müşahidə edirik. Bu, mühüm layihədir, xüsusilə ona görə ki, Rumıniyanın hazırda işlədiyi Qara dənizdəki Neptune yatağı ilə əlaqələndiriləcək.

Bundan əlavə, Yunanıstandan başlayan və yeni Yunanıstanın maye təbii qaz idxalı terminalları ilə birləşən Şaquli dəhliz üzrə də əhəmiyyətli irəliləyiş müşahidə olunur. Hələ reallaşdırılmamış, lakin həyata keçirilməsi zəruri olan layihələrə gəldikdə isə, mən İon-Adriatik Boru Kəmərini (IABK) ən vacib hesab edirəm. Bu kəmər Transadriatik boru kəmərini — Cənub Qaz Dəhlizinin qərb seqmentini — Xorvatiyanın şimalındakı əsas Avropa qaz şəbəkəsi ilə birləşdirəcək. Bu boru kəməri böyük qaz həcmləri daşımasa da, regionda təchizatın balanslaşdırılmasına kömək edəcək və lazımi çevikliyi təmin edəcək.

- Qaz tələbatının yaşıl transformasiya səbəbindən dəyişə biləcəyi şəraitdə qaz tranziti ilə məşğul olan ölkələr hansı çağırışlarla üzləşir?

- Məncə, qaz tələbatı ilə yaşıl sektorun inkişafı arasında balansı qorumaq olduqca çətin vəzifədir. Qaz hələ də baza yüklərini təmin edə bilir və bizə bu baza yükləri hələ bir müddət lazım olacaq — enerji saxlanması problemi, xüsusilə də akkumulyator texnologiyaları vasitəsilə həll olunana qədər. Hazırkı mərhələdə mənim fikrimcə, Avropa planlaşdırıcılarının qarşısında duran əsas vəzifə qazın və bərpaolunan enerji mənbələrinin inkişafını bir-birinə rəqib deyil, bir-birini tamamlayan proseslər kimi qiymətləndirməkdir. Hər iki sahə paralel şəkildə inkişaf etdirilməlidir. Eyni zamanda, bunu açıq şəkildə qeyd etməliyəm ki, qaz sektorunun inkişafı məhdud miqyasda arzuolunandır. Bu sahədə çox fəal genişlənmə yolverilməzdir, çünki məqsəd karbon emissiyalarını artırmaq deyil. Lakin müəyyən inkişafa ehtiyac var — həm infrastruktur baxımından, həm də istehsal baxımından. Avropa baxımından qaz hasilatının artırılması üçün ən uyğun mənbələrdən biri məhz Azərbaycandır.

- Rusiya enerji resurslarından imtina şəraitində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rolunu necə qiymətləndirirsiniz?

- Bu önəmlidir. Bu son dərəcə faydalıdır. Bununla belə, əgər Azərbaycandan qaz tədarükü dayansa — məsələn, bir böhran, Gürcüstanda baş verə biləcək bir hadisə və ya keçmişdə artıq boru kəmərlərini bağlamış Rusiyanın müdaxiləsi səbəbindən — Avropa çökməyəcək. Avropa sistemi kifayət qədər çevikdir və hazırda Azərbaycan tərəfindən tədarük olunan 13 milyard kubmetr qazın itirilməsi ilə başa çıxmaq qabiliyyətinə malikdir. Lakin heç bir şübhə yoxdur ki, hazırkı 13 milyard kubmetrlik qaz tədarükləri və Azərbaycanın bu həcmi 20 milyard kubmetrə çatdırmaq istiqamətində səyləri — 2022-ci ildə Avropa İttifaqı (Aİ) ilə imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq — son dərəcə faydalıdır. Bu baxımdan, ikitərəfli münasibətlər prizmasından yanaşdıqda, bu, həqiqətən də önəmli tərəfdaşlıqdır. Avropa öz enerji əlaqələrinə, xüsusilə Azərbaycanla olan əməkdaşlığa çox yüksək dəyər verməlidir.

- Cənub Qaz Dəhlizi, xüsusilə TANAP və TAP layihələrini tam şəkildə həyata keçirilmiş hesab etmək olarmı, yoxsa siz onun genişləndirilməsi və modernləşdirilməsinə ehtiyac görürsünüz?

- Cənub Qaz Dəhlizinin bütün sistemi ilkin olaraq genişlənmə imkanı nəzərə alınmaqla layihələndirilib. Yeni boru kəmərlərinin çəkilişi minimal səviyyədə aparılmaqla belə genişlənməyə əlavə kompressor stansiyalarının quraşdırılması hesabına nail olmaq mümkündür. Bu, əlbəttə, müəyyən xərclər tələb edir, lakin tamamilə yeni boru kəməri sisteminin tikintisi ilə müqayisədə bu xərclər xeyli azdır. Beləliklə, sistemin çevikliyi mövcuddur.

- Azərbaycanın uzunmüddətli enerji sazişləri sahəsindəki siyasətini və ixrac marşrutlarını şaxələndirməyə yönəlmiş səylərini necə qiymətləndirirsiniz?

- Azərbaycanın neft hasilatı sahəsində siyasəti əsasən sabitləşməyə – yəni istehsalın cari səviyyədə saxlanılmasına yönəlib. Qaz hasilatının isə artırılması planlaşdırılır, bərpaolunan enerji istehsalı isə çox sürətlə artmalıdır. Əsas məqam ondan ibarətdir ki, bu istiqamətlərin hamısı paralel şəkildə inkişaf etdirilir. Mən bu strategiyanı məntiqli hesab edirəm, çünki Azərbaycanın daxili qaz tələbatı artır və daxili istehlak üçün proqnozlara ehtiyac var.

Bundan əlavə, Azərbaycan elə bir mövqedədir ki, indi olmasa da, dörd-beş ildən sonra Avropaya əlavə olaraq altı-yeddi milyard kubmetr qaz tədarük edə biləcək. Lakin bu səviyyəyə çatmaq üçün vaxt tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see266

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see190

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see187

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see154

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see145

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see142

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see133

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri