Icma.az
close
up
RU
Ekspert: Azərbaycan turizmi rəqabətə dayanıqlı bir turizm kimi özünü göstərir

Ekspert: Azərbaycan turizmi rəqabətə dayanıqlı bir turizm kimi özünü göstərir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,9 faiz artaraq 1998,9 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Bu dövrdə İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 33,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 13,4 faiz, Gürcüstana gedənlərin sayı 13,0 faiz, Türkiyəyə gedənlərin sayı 9,9 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,4 faizi Türkiyəyə, 20,6 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,5 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2412,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 16,1 faizi Türkiyə, 8,9 faizi Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, 1,8 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,2 dəfə, İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 49,8 faiz, Pakistandan - 48,5 faiz, Omandan - 45,0 faiz, İordaniyadan - 41,6 faiz, Polşadan - 37,9 faiz, İtaliyadan - 37,0 faiz, ABŞ-dan - 35,2 faiz, İrandan - 30,4 faiz, Niderlanddan - 28,5 faiz, Türkmənistandan - 28,1 faiz, Almaniyadan - 28,0 faiz, Yəməndən - 27,7 faiz, Fransadan - 24,5 faiz, Səudiyyə Ərəbistanından - 22,7 faiz, Tacikistandan - 21,8 faiz, Misirdən - 20,8 faiz, Böyük Britaniyadan - 20,3 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Özbəkistandan - 16,2 faiz, Ukraynadan - 15,9 faiz, Türkiyədən - 13,9 faiz, Moldovadan - 11,3 faiz artıb.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 faiz artaraq 106,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 faiz artaraq 391,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 faiz artaraq 905,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.



Turizm eksperti Cabir Dövlətzadə “Sherg.az”a bildirib ki, Azərbaycana gələn turist sayında 28 faizlik artımın olması təqdirəlayiq hadisədir:


“Azərbaycanda noyabr ayında COP29 İqlim Dəyişikliyi Konqresi keçirildi. Bu, BMT nin ən böyük konqresi sayılır və həmin müddət ərzində noyabr ayında ciddi bir turist axınını gördük. Təbii ki, noyabr ayındakı tədbirin olması artıma müəyyən dərəcədə təsir göstərib. Hazırda bu il Azərbaycan turizmində müəyyən inkişaf görülür. Çünki Bakıda və  bölgələrdə otellərin sayında müəyyən artımlar var. Artıq Azərbaycan turizmi daha çox rəqabətə dayanıqlı bir turizm kimi özünü göstərir. 2025-ci ildə turizmin daha da inkişaf edəcəyini ümid edirik. Əsas məsələ ondan ibarətdir ki, turizm məhsullarının daha çox artırılması ölkə üçün çox vacibdir. Çünki bölgələrdə ekoturizmin inkişafı üçün xeyli şərait mövcuddur. Ekoturizmin ciddi inkişafı Azərbaycan turizminin inkişafına töhfə verəcək. Azərbaycanda Nəbatət bağının açılması da turistlər üçün bir marşrut sayıla bilər. O da Azərbaycan turizm marşrutlarında bir nöqtə kimi qeyd olunacaq. Çünki geniş ərazisi olan Nəbatət bağı turistlər üçün də çox maraqlı olar. Eyni zamanda Xəzər dənizində gəmi turunun fəaliyyətə keçməsi və bunun dayanıqlı olması vacibdir. Çünki müştərilər gəmi turundan istifadəyə üstünlük verirlər. Ümumiyyətlə, raftinq kimi turların yaxın zamanlarda inkişaf etdirilməsi lazımdır. Bu gələn turistlər üçün ekoturizmdə yeri olan növdür. Ekstrem turizmin Azərbaycanda artıq federasiyası var və sırf bu məqsədlə bəzi turistlər ölkəyə gəlirlər. Bu da istər- istəməz o sahənin inkişafına gətirib çıxarır. Ümid edirəm ki, dekabr və yanvar ayları qış turizminin inkişafında ciddi bir təkan olacaq. Çünki artıq bölgələrdə qar yağıb və bununla əlaqədar olaraq qar görməyən ölkələr həmin bölgələri görməyə meyillidirlər. Düşünürük ki, həmin turistlər həm normal, həm də aşağı büdcəli lokost reyslər ilə ölkəmizə gələcəklər. Bu da bölgələrimizdə olan turizmin inkişafına təkan verəcək. Azərbaycandan xaricə gedən turist axınının inkişafı da müsbət meyildir. Çünki ölkədən xaricə gedən turistlər artırsa, bu da istər istəməz ölkə əhalisinin rəfah səviyyəsində olmasının göstəricisidir. Artıq bu da hər il özünü ən azı iki rəqəmli səviyyədə göstərir. Ümid edirik ki, daha da artar. Ümumiyyətlə, xarici ölkələrlə vizaların ləğv edilməsi hər il artır. Bu isə qarşılıqlı turistlərin ölkəmizə gəlməsinə, həm də ölkəmizdə olan vətəndaşların xaricə getməsinə müsbət təsir göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri