Icma.az
close
up
RU
Ekspert: “Bazarda satılan bütün qablaşdırılmış suların keyfiyyəti eyni deyil”

Ekspert: “Bazarda satılan bütün qablaşdırılmış suların keyfiyyəti eyni deyil”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İnsan orqanizminin böyük hissəsini su təşkil edir. Suyun kifayət qədər qəbul edilməsi sağlamlığın qorunması üçün vacibdir. Lakin istifadə etdiyimiz suyun təkcə şəffaf görünməsi onun təhlükəsiz və keyfiyyətli olması demək deyil. Gündəlik həyatda kran və ya qablaşdırılmış sudan istifadə edən insanların əksəriyyəti suyun tərkibi, keyfiyyət göstəriciləri və düzgün istehlakı barədə kifayət qədər məlumatlı olmur.Bazarda satılan bütün qablaşdırılmış suların keyfiyyəti eynidir?Keyfiyyətli içməli suyu necə seçə bilərik?

Bu barədə Bizimyol.info xəbər portalına danışan qida eksperti Fərid Səfərov bildirib ki, istehlakçılar məhsulun etiketində göstərilən məlumatlara da diqqət yetirməlidirlər: “Bazarda satılan bütün qablaşdırılmış suların keyfiyyəti eyni deyil. Suların keyfiyyəti suyun mənbəyindən, tərkibindən, emal üsulundan, qablaşdırılma şəraitindən və istehsal zamanı tətbiq olunan keyfiyyətə nəzarət sistemindən asılı olaraq fərqlənə bilər. Buna görə də istehlakçılar yalnız qiymətə və ya tanınmış brendə deyil, məhsulun etiketində göstərilən məlumatlara da diqqət yetirməlidirlər”.

Fərid Səfərov deyib: “Keyfiyyətli içməli su seçərkən ilk növbədə qablaşdırmanın bütöv olmasına, istehsal və son istifadə tarixinə, saxlanma şəraitinə və istehsalçı barədə məlumatların qeyd olunmasına diqqət etmək lazımdır. Etiketdə suyun mənbəyi, tərkibi və minerallar haqqında məlumatın göstərilməsi də vacib göstəricilərdəndir. Qablaşdırılmış su birbaşa günəş şüaları altında və ya yüksək temperaturda saxlanılıbsa, onun keyfiyyəti mənfi təsirə məruz qala bilər. Bu səbəbdən satış nöqtəsində saxlanma şəraiti də nəzərə alınmalıdır. Eyni zamanda bildirmək lazımdır ki, sağlam insanlar üçün gündəlik istifadə məqsədilə aşağı və ya orta minerallaşmaya malik içməli sular daha uyğundur. Yüksək minerallı müalicəvi sular isə yalnız həkim tövsiyəsi ilə və müəyyən müddət ərzində istifadə edilməlidir”.

Fərid Səfərovun sözlərinə görə, düzgün seçilmiş su ümumi sağlamlığın dəstəklənməsinə mühüm töhfə verir: “Ən əsası isə istehlakçılar etibarlı istehsalçıların məhsullarına üstünlük verməli, mənşəyi məlum olmayan və düzgün saxlanılmayan sulardan istifadə etməməlidirlər. Düzgün seçilmiş və təhlükəsiz içməli su orqanizmin su balansının qorunmasına, maddələr mübadiləsinin normal fəaliyyətinə və ümumi sağlamlığın dəstəklənməsinə mühüm töhfə verir”.

Sağlam qidalanaraq sağlam yaşayın!

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyul 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri