Ekspert: Döyülən işçi hüquq mühafizə orqanlarına müraciət etməli idi
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Məktəblərdə bəzən şagirdlərə, eləcə də müəllimlərə qarşı zorakılıq halları baş verir. Bu hadisələrə hər dəfə fərdi yanaşmaq vacibdir. Məsələn, bir valideynin müəllimə qarşı zorakılıq etməsi milyonlarla valideynin hamısına şamil edilə bilməz. Eyni ilə, on minlərlə direktor müavinindən birinin etdiyi hərəkət bütün sistemin göstəricisi deyil".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
"Lənkəranda baş verən hadisə cinayət xarakterlidir. Videoda vəzifə səlahiyyətlərini aşma, sui-istifadə və müdafiəsiz şəxsə qarşı fiziki güc tətbiqi görünür. Bu, Cinayət Məcəlləsinin bir neçə maddəsinə uyğun qiymətləndirilməlidir. Şagirdin valideyni və döyülən işçi hüquq-mühafizə orqanlarına müraciət etməli, məsələ hüquqi müstəvidə araşdırılmalı idi".
O bildirib ki, eyni zamanda məktəb direktoru araşdırma aparmalı, təhsil idarəetmə orqanına məlumat verməli, müavin isə Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq müvəqqəti vəzifədən kənarlaşdırılmalı idi:
"Hadisə təsdiqləndikdən sonra isə 72-ci maddəyə əsasən əmək müqaviləsinə xitam verilməliydi.
Bu günə qədər tədbir görülməyibsə, məsuliyyət yalnız zorakılıq edən müavinin deyil, həm də məktəb direktorunun və regional təhsil idarəsinin üzərinə düşür".
Qeyd edək ki, Lənkəranda məktəblərdən birində direktor müavini şagirdə və şagirdi qorumağa çalışan təmizlik işçisinə şiddət göstərib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Aqşin Yeniseylə bağlı hüquq mühafizə orqanlarına müraciət
30 Yanvar 2026 10:21
Məktəb direktoru barədə hüquq mühafizə orqanlarına müraciət edildi
03 Noyabr 2025 14:23
Bu şəxslər hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər Deputat
16 May 2025 11:49
Yazıçılar Birliyi şair və yazıçılardan hüquq mühafizə orqanlarına müraciət edir
30 Yanvar 2026 13:12
Baxış sayı:157
Bu xəbər 23 Sentyabr 2025 20:40 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları