Icma.az
close
up
RU
Ekspert: İbtidai pillədəki boşluqlar şagirdin bütün təhsil yoluna mənfi təsir göstərir

Ekspert: İbtidai pillədəki boşluqlar şagirdin bütün təhsil yoluna mənfi təsir göstərir

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"İbtidai təhsildən sonra şagirdlərin təxminən 40–50 %-nin təhsilini davam etdirməkdə çətinlik çəkməsi, başlanğıc siniflərdə yığılan struktur problemlərin uzun illər ərzində həll edilmədən qalmasının nəticəsidir. Bu rəqəm təsadüfi deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov, elm və təhsil naziri Emin Əmrullayevin "təxminən 40–50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir” fikrinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, nazirin bu etirafı həm ölkə daxilində aparılan monitorinqlərin, həm beynəlxalq qiymətləndirmələrin, həm də məktəblər üzrə nəticə fərqlərinin göstərdiyi mənzərə ilə tam uzlaşır:

"Əldə etdiyim nəticələrə görə, IV sinif monitorinqlərində oxu-anlama üzrə nəticələr məktəblər arasında 3 dəfədən artıq fərqlənir. "Ümumi Təhsil haqqında” Qanunun 14.1-ci maddəsində ibtidai təhsilin əsas vəzifəsi kimi göstərilən "şagirdin davamlı öyrənmə bacarıqlarının formalaşdırılması” geniş miqyasda təmin olunmur. Bu isə o deməkdir ki, qanunun nəzərdə tutduğu baza standartı ilə real nəticələr arasında ciddi boşluq var. Nazirliyin bu problemi açıq şəkildə etiraf etməsi sistemin düzgün istiqamətə yönəldiyini göstərir. Statistik analizlər də təsdiqləyir ki, zəif ibtidai baza şagirdin təhsil yolunun bütün mərhələlərində geriləmələrə səbəb olur. Buraxılış və qəbul imtahanlarının, eləcə də monitorinq nəticələrinin təhlili göstərir ki, ibtidai səviyyədə oxu bacarıqları zəif olan şagirdlərin 71 faizi V–VI sinifdə riyaziyyat üzrə minimum standartlara belə çata bilmir”.


Ekspert əlavə edib ki, Nazirliyin səsləndirdiyi 40–50 faizlik göstərici həm də sosial-iqtisadi fərqlərin təhsildəki təsirini açıq şəkildə üzə çıxarır:

"Bakı şəhərinin mərkəzi məktəblərində ibtidai nəticələr 65–75 faiz səviyyəsində qənaətbəxş olduğu halda, bəzi rayon məktəblərində bu göstərici 35–40 faizi keçmir. Bu uçurumun səbəbləri qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərin praktikada eyni səviyyədə icra olunmaması ilə bağlıdır. "Təhsil haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, dövlət təhsildə bərabər imkanları təmin etməlidir. Amma siniflərin say həddinin çox olduğu, kitabxanası, resurs otağı və psixoloji xidməti olmayan ibtidai məktəblərdə bu bərabərlik reallıqda tam təmin olunmur. Müsbət məqam isə ondadır ki, Elm və Təhsil Nazirliyi problemi gizlətmir, əksinə, açıq şəkildə ibtidai təhsilin sistemin mərkəzində dayandığını qəbul edir. Bu, köklü islahatlar üçün ən vacib ilkin şərtdir".

Kamran Əsədov hesab edir ki, ibtidai təhsilə prioritet yanaşma nəticə etibarilə orta və tam orta təhsildə də keyfiyyət artımına gətirib çıxaracaq:

"Çünki ibtidai pillədə şagirdin oxu, məntiq və idarəetmə bacarıqları formalaşdıqda, sonrakı mərhələlərdə kurikulum yüklənməsi azalır, məktəb fərdi təhsilə daha çox vaxt ayıra bilir. Müəllim şagirdin lisey və kollec seçiminə daha effektiv istiqamət verə bilir. Bu mexanizm işlədikcə, qanunvericilikdə nəzərdə tutulan keyfiyyət tələbləri real nəticələrlə üst-üstə düşəcək. Əsas dəyişiklik odur ki, sistemin resursları pərakəndə və görüntülü layihələrə deyil, təhsilin təməli olan ibtidai mərhələyə yönələcək. Amma problem ondadır ki, mövcud müəllim kadrı bu tələblərə birdən-birə uyğunlaşa bilmir, sinifdə fərdiləşdirilmiş tədris bacarıqları hələ tam yayılmayıb, valideynlərin dəstəyi isə regiondan-regiona kəskin fərqlənir. Buna baxmayaraq, Nazirliyin şəffaf mövqeyi, problemi statistik faktlarla göstərməsi və sosial-iqtisadi kontekstdə bərabərlik prinsipini gücləndirməsi təhsildə islahat mədəniyyətini formalaşdırır – bu isə ən mühüm addımdır".

Ekspertin fikrincə, dəyişməsi vacib olan sahələr ibtidai müəllim hazırlığının kəmiyyət yox, keyfiyyət əsasında qurulması, məktəblər arasında resurs fərqlərinin azaldılması, ibtidai psixoloji xidmətin gücləndirilməsi və valideyn–məktəb əməkdaşlığının rəqəmsal alətlərlə sistemləşdirilməsidir.

Qeyd edək ki, Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ibtidai təhsili düzəltmədən orta və ali təhsildə keyfiyyətə nail olmaq mümkün deyil: "Təxminən 40–50 faiz uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. Düz yol budur".

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri