Icma.az
close
up
RU
Ekspert: “İran limanındakı hadisə terror aktı ola bilər”

Ekspert: “İran limanındakı hadisə terror aktı ola bilər”

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Ötən şənbə İranın ən böyük dəniz limanlarından biri olan Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında partlayış baş verib.

Tribunainfo.az xəbər verir ki, rəsmi məlumatlara görə, hadisə nəticəsində 40 nəfər ölüb, 1369 nəfər isə yaralanıb.
Hadisənin baş verdiyi anbarda Çindən İrana ballistik raketlər üçün gətirilmiş yanacaq olduğuna dair iddialar olsa da, İran Müdafiə Nazirliyi məlumatı təkzib edib. Tehran rəsmiləri olayın ehtiyatsızlıqdan qaynaqlandığı və kimya mallarının saxlanıldığı anbarda baş verdiyini deyiblər. Lakin İranın dini lideri Əli Xamineyi məsələdə bütün versiyaları araşdırmaq barədə göstəriş verib.
Bu hadisənin İran-ABŞ danışıqlarının üçüncü raundu günü, görüşdən bir neçə saat əvvəl baş verməsi xüsysi diqqət çəkir. Hadisənin terror aktı olma ehtimalı barədə deyimlərə səbəb olub. Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, hadisənin İran üçün xüsusi əhəmiyyət daşıyan dəniz limanında baş verməsi, habelə İran-ABŞ danışıqlarından öncəyə təsadüf etməsi terror ehtimalının yüksək olduğunu deməyə əsas verir.
Onun sözlərinə görə, Şəhid Rəcai Limanı İran üçün mühüm əhəmiyyət daşıyır. “Nəzərə alaq ki, bu liman İrana daxil olan yüklərin 37 faizini qəbul edir. Yəni, həddindən artıq strateji əhəmiyyətə malikdir”.
Fəraməzoğlu qeyd edib ki, olayın terror ola bilmə ehtimalını yüksək edən amillərdən biri də budur ki, Qərb heç bir şəkildə İranla anlaşa bilmir. “İndiyə qədər İranla ABŞ arasında üç görüş keçirilib. Bəzi ümumi fikirlər nəzərə alınmasa, hər hansı irəliləyiş qeydə alınmayıb. ABŞ dəfələrlə bildirib ki, İran bu danışıqlarla vaxt udmağa və prosesi uzatmağa çalışır. Belə olan halda Tehrana bir şəkildə təzyiq etmək lazım gələ bilər”.
Ekspert vurğulayır ki, İrana təzyiq etmək üçün mühüm obyektlərini hədəfə almaq ən optimal yollardan biridir. “Rəcai limanı İranın “əsas damar”larından biridir. Ora edilən hücum əslində, İran iqtisadiyyatına edilmiş hücum sayılmalıdır. Qərb əgər təzyiq etmək istəyirsə, məhz bu cür yerlərdən istifadə edə bilər”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri