Icma.az
close
up
RU
Ekspert: Katlavan dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıblar

Ekspert: Katlavan dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıblar

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda yeni tikililərdəki mənzillərin təməl mərhələsində (katlavan) qiymətləri əhəmiyyətli dərəcədə artıb.

Bunu “Report”a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən əsrin 90-cı illərin sonunda və 2000-ci illərin əvvəllərində tikilmiş binalardakı mənzillər qiymət artımından nisbətən az təsirləndiyi halda, 2005-2015-ci illərdə tikilmiş binalarda bahalaşma orta səviyyədə, 2015-2023-cü illərdə inşa olunmuş binalarda isə bahalaşma yüksək səviyyədə olub.

Vüqar Oruc qeyd edib ki, son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür: “Bəzən bu mərhələdə olan tikililər hətta yeni tikili və təkrar yeni tikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlar daha çox maraq göstərməyə başlayıblar. Bu da ilkin qeydiyyat və hüquqi məsələlərdə yaradılan etimad mühiti ilə bağlıdır".

Ekspert əlavə edib ki, əvvəllər mənzillərin qiymətləri əsasən yerləşmə xətti ilə müəyyən edilirdisə, indi MTK brendləri, tikilinin keyfiyyəti və binanın xidmət səviyyəsi əsas seçim meyarlarına çevrilib.

Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycan alıcılarının daha peşəkar yanaşma sərgiləməsi və şəhərin böyüməsi ilə əlaqədardır.

"Alıcılar mənzil seçərkən binaların yeniliyi, təhlükəsizlik tədbirləri, nəqliyyat əlçatanlığı, sahə və planlama komfortu, infrastruktur zənginliyi, parklanma imkanı və ətraf şərait kimi amillərə xüsusi önəm verirlər. Bu amillər alıcıların mənzil bazarındakı davranışını formalaşdırır və yeni tikili seqmentində qiymət artımının əsas səbəblərindən biridir,” - deyə sədr əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri