Icma.az
close
up
RU
Ekspert: Münaqişələrin tamamilə qarşısını almaq olmasa da sayını azaltmaq mümkündür

Ekspert: Münaqişələrin tamamilə qarşısını almaq olmasa da sayını azaltmaq mümkündür

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Bir milyon yarım şagirdi olan sistemdə gün ərzində hansısa şagirdlərin, valideynlərin və ya müəllimlərin arasında münaqişə tipli halların olması qaçılmazdır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz bir milyon yarım şagird, onların valideynləri və iki yüz minə yaxın müəllimdən danışırıq. Baş verən bütün hallara qanunvericilik çərçivəsində baxılmalıdır. İnzibati qaydada pozuntular, cinayət xarakterli məsələlər varsa, bunları hüquq-mühafizə orqanlarına yönləndiririk. Təlim-tərbiyə ilə bağlı məsələdirsə, problemi valideynlərlə həll etməyə çalışırıq", - deyə nazir bildirib.


Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, məktəblərdə münaqişələrin sayını azaltmaq və təsirlərini minimuma endirmək üçün bir sıra addımlar atıla bilər:


“Geniş insan kütləsi ilə işləyən hər hansı sistemdə münaqişələr qaçılmazdır. Lakin məktəblərdə prosesləri nəzarətdə saxlamağa imkan verən münaqişələrin idarə edilməsi sistemi olmalıdır. Həmçinin məktəb idarəçiləri münaqişələrin qarşısını alma və onları idarə etmə üsulları üzrə xüsusi təlimlər almalıdır. Digər tərəfdən aktiv dinləmə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək vacibdir. Məktəblərdə kifayət qədər peşəkar psixoloqların olmaması isə münaqişələrə nəzarəti çətinləşdirir. Psixoloji dəstək şagirdlər, valideynlər və müəllimlər üçün əlçatan olmalıdır. Münaqişə vəziyyətlərinin həlli üçün effektiv proqramlar hazırlanmalı və tətbiq edilməlidir. Daxili intizam qaydaları şagirdlər və müəllimlər tərəfindən yaxşı başa düşülməlidir, aydın formada təqdim olunmalıdır. Müəllimlər və valideynlər arasında mütəmadi ünsiyyət təmin edilməlidir. Valideynlər də uşaqlarının davranışına nəzarət etmək və məktəblə əməkdaşlıq etmək üçün məlumatlandırılmalıdır. Şagirdlər arasında mehriban münasibətlərin təşviq edilməsi üçün tədbirlər görülməlidir. Məktəblərdə nəzarəti artırmaq üçün video nəzarət sistemləri, təhlükəsizlik tədbirləri üçün doğru  sistem qurulmalıdır. Şagirdlər arasında konstruktiv dialoq və əməkdaşlıq mədəniyyətini təşviq edən dərslər keçirilə bilər. Münaqişələrin tamamilə qarşısını almaq mümkün olmasa da, bu kimi tədbirlər onların sayını azaltmaq olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri