Icma.az
close
up
RU
Ekspert: Orta Dəhliz təkcə iqtisadiyyatları deyil, cəmiyyətləri də birləşdirir

Ekspert: Orta Dəhliz təkcə iqtisadiyyatları deyil, cəmiyyətləri də birləşdirir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astana, 31 may, AZƏRTAC

Beynəlxalq "Astana" forumu ənənəvi olaraq Mərkəzi Asiyada müasir gündəmin əsas məsələləri üzrə məzmunlu dialoq üçün aparıcı beynəlxalq platformalardan biridir. Bu forum siyasi, iqtisadi, sosial və mədəni sahələrdə regional və qlobal mövzuların müzakirəsi üçün mühüm bir məkandır. Azərbaycan bu forumun təqdim etdiyi imkanlardan qlobal transformasiyalar fonunda beynəlxalq arenada öz ideya və mövqelərini çatdırmaq üçün fəal şəkildə istifadə edir.

Bunu AZƏRTAC-a forum zamanı STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev söyləyib.

Onun sözlərinə görə, hazırkı mərhələ dünyada yüksək qeyri-müəyyənliklə xarakterizə olunur.

“Bu gün biz artıq aktuallığını itirmiş köhnə dünya nizamından, hələ tam formalaşmamış yeni nizama keçidin şahidiyik. Bu boşluq sabitliyi pozur və münaqişələrə yol açır. Qlobal turbulentlik şəraitində dərin proseslərin təhlilinə və dərk olunmasına şərait yaradan forumlar xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlər siyasi liderlər, ekspertlər və ictimai rəy liderləri arasında qarşılıqlı əlaqə üçün bir platforma yaradır və potensial münaqişələrin qarşısının alınmasına xidmət edir”, – deyə həmsöhbətimiz bildirib.

Azərbaycanın iştirakına gəlincə Yelçuyev qeyd edib ki, ölkəmiz forumda geniş nümayəndə heyəti ilə təmsil olunub ki, bu da fəal dialoqa sadiqliyinin göstəricisidir.

STEM mərkəzinin direktoru Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına ayrıca diqqət ayıraraq bildirib ki, iki ölkə arasında əməkdaşlıq bütün səviyyələrdə sürətlə inkişaf edir. Bu kontekstdə o, ölkə liderləri arasında formalaşmış xüsusi münasibətlərin rolunu vurğulayaraq qeyd edib ki, məhz şəxsi etimada əsaslanan əlaqələr Azərbaycan-Qazaxıstan əməkdaşlığının bütün kompleksinə xüsusi dinamika və davamlılıq qazandırır.

Ekspert Cənubi Qafqazla Mərkəzi Asiya ölkələrini birləşədirən Orta Dəhlizin strateji logistika arteriyası kimi roluna diqqət çəkib.

“Orta Dəhliz birgə planların həyata keçirilməsində xüsusi rol oynayır. O, yalnız iqtisadiyyatları deyil, cəmiyyətləri də birləşdirir, sosial, siyasi və mədəni sahələrdə qarşılıqlı fəaliyyətin genişlənməsinə töhfə verir”, – deyə analitik bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin logistika infrastrukturu paralel və bir-birini tamamlayan şəkildə inkişaf edir.

“Azərbaycanın Ələt limanının inkişafı Qazaxıstanda Aktau və Kurık limanlarının tikintisini stimullaşdırdı və əksinə. Ələt olmasaydı, Xəzərin şərq sahilində yeni imkanlara ehtiyac da olmazdı. Bu isə regional inteqrasiyanın sistemli xarakter daşıdığını sübut edir”, – deyə Yelçuyev qeyd edib.

O, həmçinin humanitar və təhsil sahələrində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını və bu istiqamətdə qarşılıqlı əlaqələrin yaxın gələcəkdə daha da güclənəcəyini vurğulayıb.

“Bu gün Azərbaycanın Qazaxıstandakı və Qazaxıstanın Azərbaycandakı səfirliklərinin fəal dəstəyi ilə qarşılıqlı fəaliyyətin yeni istiqamətləri formalaşır. Səfirliklər ikitərəfli gündəliyin inkişafına və yüksək səviyyəli münasibətlərin qorunub saxlanmasına mühüm töhfə verir”, – deyə ekspert yekunlaşdırıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri