Icma.az
close
up
RU
Ekspert: POSterminallar quraşdırılması problemli məsələlərin həllində yardımçı olacaq

Ekspert: POSterminallar quraşdırılması problemli məsələlərin həllində yardımçı olacaq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bakı Taksi Xidməti” MMC və “Azərpoçt” MMC arasında əməkdaşlığa başlanılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Əməkdaşlıq çərçivəsində “Bakı Taksi Xidməti” MMC tərəfindən ölkəyə gətirilən taksi şəbəkəsində “Azərpoçt” MMC-nin təqdim etdiyi POS-terminallar quraşdırılıb.

Beləliklə, “Azərpoçt” MMC yerli vətəndaşların, o cümlədən ölkəyə səfər edən xarici nümayəndə və turistlərin nəqliyyat ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi üçün POS-terminalların taksilərdə quraşdırılmasını təmin edib.

Qısa zaman ərzində POS-terminallar vasitəsilə 4178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.



Nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a bildirib ki, taksilərdə POS terminalların quraşdırılması müsbət haldır:


“Çünki bu, bəzi mübahisəli, problemli məsələlərin həllində iştirakçı və yardımçı olur. Məsələn, sərnişin taksi xidmətindən istifadə edərkən, altı manat 50 qəpik yol pulu yazılırsa, sərnişin məcbur olur ki, yeddi manat ödəsin. Yəni o qəpiklər nəzərə alınmır və problem yaşanır. POS-terminal olduğu halda isə qəpiyinə qədər sistemə vurularaq kart vasitəsilə ödəniş edəcəklər. İkinci bir məsələ var ki, bəzi hallarda sərnişinin üzərində 50 və ya 100  manatlıq əsginas olur. Bu halda taksi sürücüsünün də  qalıq pul qaytarmaq imkanları olmur və pul xırdalamaq üçün mağzaları axtarırlar. Ümumiyyətlə bu da xeyli problemlərə gətirib çıxarır. Bəzi hallarda isə xüsusən ölkəmizə gələn xarici vətəndaşlar, turistlər, birbaşa ödənişlərini kartlar vasitəsilə etmək istəsələr də problemlə qarşılaşırdılar. Həm yerli sərnişinlərin, həm də turist kimi xarici ölkədən gələn sərnişinlərin ödəmə imkanlarının yaxşılaşdırılması üçün POS terminalların, taksilərdə olması əhəmiyyətlidir. Bu vacib bir məsələdir”. 

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd etdi ki, taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin istifadə etdiyi avtomobillərdə POS-terminal olmalıdır:


“Bu qanunun tələbidir. Taksi fəaliyyəti ilə bağlı qaydalarda dəyişiklik edilib. Yeni qaydalara əsasən POS terminalların olması məcburi xarakter daşıyır. Mənfi tərəfləri olmayacaq. Həm sərnişin, həm də sürücü üçün müsbət tərəfi var. Xarici taksi şirkətləri sürücülərə ödənilən qeyrinağd ödənişləri vaxtında qaytarmırdılar. Sürücülər də, bununla bağlı əziyyət çəkirdi və tez-tez şikayətlər olurdu. Bundan sonra sürücü qeyrinağd ödənişləri POS terminalla qəbul edəcək. Sərnişinlər üçün də əlverişlidir ki, artıq ödənişləri həm debet, həm də kredit kartı ilə ödəyə biləcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri