Icma.az
close
up
RU
Ekspert: Qarabağ olmasa ölkə futbolunun hansı uçurumda olduğu görünər

Ekspert: Qarabağ olmasa ölkə futbolunun hansı uçurumda olduğu görünər

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycanın UEFA reytinqində aşağı düşməsinin artıq normal haldır

Avropa klub yarışlarının son oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə birbaşa təsir göstərib. Konfrans Liqasında dünən keçirilən qarşılaşmalardan sonra Azərbaycan 22.250 xalla 26-cı pillədən 28-ci yerə geriləyib. Hazırda Slovakiya 22.375 xalla bir pillə yuxarıda qərarlaşıb, Bolqarıstan isə 19.875 xalla 29-cu sıradadır.

Qeyd edək ki, Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlayıb. Hazırda ölkəmizi Avropa arenasında yalnız bir klub-“Qarabağ” təmsil edir. Bu fakt UEFA reytinqində mövqeyimizin niyə zəiflədiyini və problemin nə qədər sistemli xarakter daşıdığını açıq şəkildə ortaya qoyur.

İdman eksperti Kamran Məstəliyev Sherg.az-a açıqlamasında reytinqimizin aşağı düşməsinin artıq normal hal olduğunu aöyləyib:

"Təsnifat mərhələlərindən fərqli olaraq, əsas mərhələdə ölkəmizi yalnız bir komanda - "Qarabağ" təmsil edir. Bu, üzücüdür, amma reallıqdır. Uzun illərdir vəziyyət dəyişmir.

Avropa Liqası, Konfrans Liqası və artıq bu il Çempionlar Liqasının qrup mərhələsində ölkəmizi yalnız "Qarabağ" təmsil edir. Üstəlik, bunu çox böyük uğurla edir. Ancaq bu, yetərli deyil. Çünki bizdən fərqli olaraq, digər ölkələr bu mərhələlərdə 2, 3, bəzən 4, hətta 5-6 komanda ilə təmsil olunurlar. Belə olan halda, onlarla başa-baş mübarizə aparmağımız mümkün deyil. Bu, reallıqdır və bunu qəbul etmək lazımdır. Həmin ölkələr müxtəlif turnirlərdə iştirak edərək xal toplayır, ümumi ölkə reytinqini artırırlar. Bu səbəbdən də bizi üstələyə bilirlər. Təkcə "Qarabağ"la bu iş alınmır, bu, mümkün də deyil".

Ekspert bildirib ki, "Qarabağ" olmasa ölkə futbolunun hansı uçurumda olduğu görünər: 

""Sabah", "Neftçi", "Turan", "Zirə və digər komandalarımız da artıq bu prosesə qoşulmalıdırlar. Təəssüf ki, onlar adətən ilkin mərhələlərdə mübarizəni dayandırırlar və bu da xal ehtiyatımızı artırmağa imkan vermir. Bu isə Azərbaycan futbolunun real vəziyyətini açıq şəkildə göstərir. Azərbaycan futbolu "Qarabağ"sız qaranlıqdır. "Qarabağ" olmasa, faktiki olaraq ölkə futbolunun hansı uçurumda olduğu aydın görünər. "Qarabağ" qələbələr qazanır, xal toplayır və bunun nəticəsində cəmiyyətdə elə bir fikir formalaşır ki, guya Azərbaycanda futbol inkişaf edir. Əslində isə belə deyil. Azərbaycan futbolu yaxşı vəziyyətdə deyil, sadəcə Qarabağın uğurları mövcud problemlərin üstünü örtür. Ümid edirəm ki, qarşıdakı yaydan etibarən heç olmasa əsas mərhələdə iki komanda ilə təmsil olunarıq, xal ehtiyatımızı artıra və daha yuxarı pillələrdə qərarlaşa bilək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri