Ekspert: Texnologiyaların uğurlu tətbiqi üçün maliyyə dəstəyi vacibdir AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
“İqlim dəyişikliyi ilə mübarizədə bir çox innovativ texnologiyalar mövcuddur, lakin insanlar bu texnologiyalar haqqında kifayət qədər məlumatlı deyillər”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən Birləşmiş Millətlər Təşkilatının Avropa Komissiyasının enerji səmərəliliyi üzrə eksperti Stefan Markus Buettner bildirib.
Ekspertin sözlərinə görə, əsas məsələ bu bilikləri hər kəs üçün əlçatan etməkdir: “Biz yalnız texnologiyalar və su ilə bağlı problemləri, donma hallarını həll etməklə kifayətlənməməliyik. Məkan planlaması və ərazilərin səmərəli istifadəsi məsələlərinə də xüsusi diqqət yetirməliyik”, – deyə o qeyd edib.
Stefan Markus Buettner əlavə edib ki, iqlim dəyişikliyinə qarşı mübarizədə aşağı və sıfır emissiyalı texnologiyaların qarşılıqlı əlaqəsi mühüm əhəmiyyət daşıyır. Ekspert bu texnologiyaların uğurla tətbiqi üçün maliyyə dəstəyinin vacibliyini qeyd edib: “Eyni zamanda, bu prosesin miqyasını genişləndirmək və daha çox ərazidə tətbiq imkanlarını nəzərdən keçirməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















