Icma.az
close
up
RU
Ekspert və abituriyentlərin işi ÇƏTİNLƏŞİB

Ekspert və abituriyentlərin işi ÇƏTİNLƏŞİB

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ali təhsil müəssisələrinə qəbul imtahanları artıq yekunlaşıb və abituriyentlər üçün ən vacib mərhələlərdən biri, ixtisas seçimi prosesinin başlanmasına sayılı günlər qalıb.

İxtisas seçimində əsas vasitələrdən biri də abituriyentlərin hansı bal aralığında topladığı nəticələri göstərən statistika jurnaldır ki, o da gec dərc olunur. Hətta bəzən ixtisas seçiminə cəmi bir neçə gün qalmış yayımlanır.

Bəs jurnalının gec yayımlanması seçim prosesinə necə təsir edir?

“Cebheinfo.az”-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, jurnalın gecikməsi planlı ixtisas seçimini çətinləşdirir:

“Statistika jurnalında hansı bal aralığında nəticə göstərənlərin siyası əks olunur. Bunun paralel "Abituriyent" jurnalının 4-cü sayı çıxır ki, burada ixtisas kodları, plan yerləri, universitetlərdə ixtisas üzrə ödənişlər qeyd olunur. 

Normalda plan yerləri ilə statistika jurnalını qarşılıqlı şəkildə, əvvəlki illərlə müqayisə etdikdə təxminə ballarının hansı aralıqda olacağını müəyyən etmək olur. Bu baxımdan statistika jurnalının abituriyentlərin ixtisas seçim mərhələsinə yaxın dövrdə dərc olunması təhsilin planlaşdırıması baxımından bir sıra ciddi problemlər yaradır”.

Onun sözlərinə görə, statistika jurnalının yayımlanmaması abituriyentləri yanlış seçimə apara bilər:

“Jurnalın gec çıxmasının bir neçə mümkün səbəbi ola bilər. Məlumatların toplanmasında ləngimə, statistikanın düzgün yoxlmasına ayrılan vaxt, çap və nəşriyyat prosesində texniki problemlər prosesi uzada bilər.

Məhz statistika jurnalının gec çıxması abituriyentlər üçün bir neçə cəhddə mənfi nəticə ola bilər. Burada əvvəlki illərlə müqayisə apara bilməmək riskli seçimlər etməyə şərait yaradır.

Əvvəlki illərin statistikasını bilməmək reallıqdan uzaq seçimlər etməyə səbəb ola bilər. Məsələn, pedaqoji ixtisaslarda plan yerləri azaldılırsa və statistika yoxdursa, abituriyentlər yanlış seçim edə bilər”. Ekspert qeyd etdi ki, statistika jurnalı vaxtında çıxmalı, gecikərsə elektron yayımlanmalıdır:

“Jurnalı abituriyent, valideyn həm də ixtisas seçimi edən şəxs üçün kompas rolu oynayır. Bu jurnalın gec yayımlanması qərarları çətinləşdirə bilər.
Staistika jurnalı abituriyentlərin ixtisas seçimindən xeyli əvvəl çıxmalıdır ki, abituriyentlər seçimlərini real, planlı şəkildə həyata keçirə bilsin. Jurnalın gec çıxması həm şəxsi seçimlərə həm də ümümi qəbul prosesinin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Əgər jurnalın çapında problem, gecikmə varsa, abituriyentlərin ləngiməməsi üçün  tövsiyə olunurdu ki, jurnalı ilkin formada elektron olaraq yayımlansın”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Ekspert abituriyentlər Rizvan Fikrətoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri