Ekspert: Yağışlı hava kənd təsərrüfatına təsir etsə də, qiymətlər sabit qalacaq
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Havanın dəyişkən və yağışlı keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərə bilər”.
Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.
O əlavə edib ki, yağış torpağın nəmini artırır və bitkilərin yaxşı böyüməsinə kömək edir:
“Bu, xüsusilə payızlıq əkinlər üçün faydalıdır. Eyni zamanda, sulama üçün əlavə xərcləri azaldır. Amma yağışlı hava bəzi çətinliklər də yarada bilər. Torpaq yollar palçıqlı olur və məhsulların bazara daşınması çətinləşir. Uzunmüddətli rütubət bitkilərdə göbələk xəstəlikləri və zərərvericilərin artmasına səbəb ola bilər. Həmçinin, əkin və biçin işləri gecikir. Yağış torpağın rütubətini təmin edir və məhsul istehsalını dəstəkləyir. Bu halda əkinlər yaxşı böyüyür və qıtlıq riski azalır, qiymətlər sabit qala bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Taksi şirkətlərinin yağışlı havalarda qiyməti qaldırması doğrudurmu? Ekspert
16 Aprel 2025 20:08
Yağışlı hava gözlənilir
29 Sentyabr 2025 14:27
Yağışlı havada piyadaların təhlükəsizliyi üçün bu tədbirlər görülməlidir Ekspert AÇIQLADI
26 Noyabr 2024 20:37
Sabah yağışlı hava olacaq
07 Noyabr 2024 12:28