Icma.az
close
up
RU
Ekspert: Yalnız metro və avtobusla hədəfə çatmaq çətin olacaq

Ekspert: Yalnız metro və avtobusla hədəfə çatmaq çətin olacaq

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda əhalinin 90%-nin ictimai nəqliyyata çıxışının təmin edilməsi planlaşdırılır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

"Davamlı ekosistemi təşviq etmək üçün Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmağı öhdəsinə götürüb. Bu öhdəliyi yerinə yetirmək üçün Azərbaycan hökuməti "Mobilliyin transformasiya proqramı"nı işə salıb. Bu plan çərçivəsində biz Bakı şəhərində fərdi avtomobil səfərlərini 40% azaltmaq istəyirik. Həmçinin əhalinin 90%-nin ictimai nəqliyyata çıxışını təmin etmək istəyirik. Eyni zamanda, mikromobillik, xüsusilə velosiped və skuterlər üçün 100 kilometrdən çox infrastruktur yaratmağı hədəfləyirik. Bu proqrama metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobillik həlləri, parkinq obyektləri, prioritet zolaqlar və avtobus şəbəkəsinin optimallaşdırılması daxil olmaqla 60-dan çox təşəbbüs daxildir", - o bildirib.

Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında qeyd etdi ki, Bakının mərkəzinə səfərləri 40 faiz, hətta daha çox da azaltmaq mümkün ola bilər:

“Cənab nazirin dedikləri reallıqdır. Bunu mərhələ ilə həyata keçirə bilərlər. Sadəcə burada iş balanslaşdırılmış aparılmalıdır. Paralel olaraq ictimai nəqliyyatda şaxələnməlidir. Yalnız metro və avtobusla qarşıya qoyulmuş hədəfə çatmaq çətin olacaq. Görünür ki, müəyyən hissələrdə tramvay xəttlərinin çəkilməsinə, həmçinin metroda intervalların azaldılması üçün daha çox qatarlara da ehtiyac yaranacaq. Lakin Bakı metrosunun depoları imkan verməlidir ki, orada qatar sayı artırılsın. Düşünürəm ki, bu günkü Bakı metropolitenində buna imkan yoxdur. Ancaq belə çıxır ki, avtobus seqmentinə daha çox güc düşəcək və sayının artırılmasına ehtiyac olacaq. Düzdür, yeni mövsüm başlayandan avtobusların sayı artırılıb. Təxminən balansda olan 170 ədəd avtobus təmir olunub mərhələ ilə istismara buraxılır. Daha sonra 160 ədəd yeni elektrobuslar gətirilib. 170 ədəd avtobus da özəl daşıyıcılar tərəfindən gətirilir. Prosses bu ilin sonu gələn ilin əvvəlinə qədər tamamlanacaq. Görünür ki, mikromobillik vasitələrindən də istifadə artacaq. Proqnozlaşdırmaq olar ki, artıq cavan vətəndaşların böyük qismi mikromobillik vasitələrinə keçid edəcəklər. Bura biz həm skuterləri, həm elektrosomakatları, həm də velosipedləri aid edə bilərik. Həmçinin insanların yaxın məsafələri piyada gəzməsi də şərtdir. Görünür ki, bunun üçün də Bakı şəhərində piyada yönümlüyə daha çox diqqət yetiriləcək. Bu səbəbdən Bakıda mövcud olmayan piyada səkiləri yenidən qurulacaq”.

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirdi ki, bizim hədəfimiz şəxsi avtomobilləri azaltmaqdır:

“40 faiz azalma olduqda tıxaclar aradan qalxar, boşluqlar yaranar. Bu müsbət qarşılanmalı olan tendensiyadır. Əsas məsələ ictimai nəqliyyatın işini optimallaşdırmaqdan, skuterləri, velosipedləri insanlara təkmilləşdirməkdən ibarətdir. Vergi qoyulmayacaq ki, kimsə fərdi nəqliyyat vasitəsindən istifadə etməsin. Sadəcə fərdi nəqliyyat vasitəsindən istifadə etdikdə tıxacda qalacaq və vaxtı gedəcək. Bu dünyada inkişaf etmiş ölkələrdəki kimi bizim də istəyimizdir. Sağlamlığımız, vaxta qənaət etməyimiz, tıxaca düşməməyimiz və yaşıl dünya üçündür. Digər tərəfdən zamanla taksilər də azaldılacaq. İnkişaf etmiş ölkələrdə 2-3 min nəfərə bir taksi düşür. Lakin bizdə bu qat-qat artıqdır”.

(sherg.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri