Icma.az
close
up
RU
Ekspertdən Elmira Axundovaya cavab: Problemi ödənişli təhsil yox, rus dili mifi yaradır

Ekspertdən Elmira Axundovaya cavab: Problemi ödənişli təhsil yox, rus dili mifi yaradır

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Sabiq deputat Elmira Axundova rusdilli məktəblərin pullu olmasını təklif edib. O, Azərbaycan Yazıçılar Birliyində keçirilən "Dilimiz-kimliyimiz” mövzusunda keçirilən ədəbi-ictimai müşavirədə çıxışı zamanı bildirib ki, rusdilli məktəblərin tamamilə ləğv olunmasının tərəfdarı deyil:

"Onların sayı az da olsa qalmalıdır ki, gələcəkdə MDB ölkələrindən bizim ölkəmizə işləməyə gələn diplomatların, rus, ukrayn, tatar millətinə mənsub vətəndaşlarımızın uşaqları özlərinə doğma bildikləri bu dildə oxuya bilsinlər. Bakıda bütün tədrisi ingilis dilində aparan məktəblər var. Onların hamısı ödənişlidir. Məncə, yavaş-yavaş rus bölməsini də ödənişli təhsilə çevirmək lazımdır. Bax, onda bu məktəblərin sayı azalacaq".


Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, problem rusdilli məktəblərin mövcudluğu deyil:

"Onlara yönələn səbəbsiz və məsuliyyətsiz valideyn davranışı təhsil sistemində disbalans yaradır. Azərbaycan təhsil sistemində rus bölməsinə yönəlmə son 15 ildə pedaqoji zərurətdən çox sosial status göstəricisinə çevrilib və bu tendensiya statistikalarda da açıq görünür: Elm və Təhsil Nazirliyinin açıqlamalarına əsasən, ümumi şagird kontingentinin təxminən 8–9 faizi rus bölməsində oxuduğu halda, iri şəhərlərdə bu göstərici 15 faizə qədər yüksəlir, halbuki həmin ailələrin böyük hissəsində evdaxili ünsiyyət dili rus dili deyil. Bu fakt özü göstərir ki, seçim tədris ehtiyacına yox, illərlə formalaşdırılmış "rus bölməsi daha keyfiyyətlidir” mifinə əsaslanır".

Ekspert əlavə edib ki, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təhsilin dövlət təminatı, bərabərliyi və diskriminasiyaya yol verilməməsi açıq şəkildə təsbit olunur:

"7-ci maddədə isə təhsilin dünyəvi, milli-mənəvi dəyərlərə söykənən xarakter daşıdığı vurğulanır. Ümumi təhsil haqqında Qanunda tədris dillərinin dövlət tərəfindən təmin edilməsi qeyd olunur və bu təminat pulsuzluq prinsipinə əsaslanır. Bu kontekstdə rus bölməsinin ödənişli olması hüquqi baxımdan sosial ədalət prinsipinə ziddir və dili maaliyyə filtrinə çevirmiş olur. Lakin eyni qanunvericilik valideyn məsuliyyətini də açıq müəyyən edir: valideyn övladının təhsili üçün uyğun şəraiti yaratmalı, onun psixoloji və akademik inkişafına zərər verən seçimlərdən çəkinməlidir. Burada məsuliyyətin böyük hissəsi valideynlərin üzərinə düşür və bu məsuliyyət illərdir sistemli şəkildə pozulur".


Kamran Əsədov vurğulayıb ki, rus bölməsində oxuyan şagirdlərin əhəmiyyətli hissəsi artıq birinci–ikinci sinifdən repetitor xidmətinə cəlb olunur:

"Bakı və Abşeron üzrə aparılmış yerli təhlillərdə rus bölməsində oxuyan şagirdlərin 60 faizə qədəri ibtidai sinif mərhələsində əlavə ödənişli dəstəyə ehtiyac duyur, halbuki Azərbaycan bölməsində bu göstərici 30–35 faiz civarındadır. Bu, rus bölməsinin real tədris üstünlüyündən yox, dil uyğunsuzluğundan doğan süni yük olduğunu sübut edir. Nəticədə uşaq həm məktəbdə, həm repetitorda, həm də ailə daxilində psixoloji təzyiq altında qalır, təhsil inkişaf vasitəsindən çıxıb stres mənbəyinə çevrilir”.

Dünya təcrübəsinə əsaslanan ekspert qeyd edib ki, çoxdilli təhsili olan ölkələrdə bu problem inzibati yox, pedaqoji mexanizmlərlə tənzimlənir:

"Finlandiyada, Estoniyada və Kanadada fərqli dil bölmələrinə qəbul zamanı uşağın real dil bacarığı ölçülür, valideynin istəyindən asılı olmayaraq akademik uyğunluq əsas götürülür. Estoniyada rusdilli məktəblərin sayı mərhələli şəkildə azaldılarkən paralel olaraq eston dilində təhsilin keyfiyyəti yüksəldilib və nəticədə valideynlərin öz istəyi ilə milli bölməyə keçidi təmin olunub. Almaniyada isə ailənin evdaxili dili ilə məktəbin tədris dili arasında uyğunsuzluq olduqda, uşağa əvvəlcə adaptasiya və dil hazırlıq proqramı tətbiq edilir, birbaşa əsas tədrisə buraxılmır. Elm və Təhsil Nazirliyinin son illərdə atdığı addımlar bu baxımdan müsbət və strateji xarakter daşıyır. Azərbaycan bölməsində kurikulumların yenilənməsi, müəllimlərin sertifikasiyası, dərsliklərin mərhələli təkmilləşdirilməsi və məktəbdaxili qiymətləndirmə mexanizmlərinin gücləndirilməsi real keyfiyyət artımına xidmət edir. Məhz bu səbəbdən son beş ildə Azərbaycan bölməsində oxuyan şagirdlərin buraxılış imtahanlarında orta nəticələrinin artması, ali məktəblərə qəbul faizinin yüksəlməsi statistik olaraq qeydə alınıb. Nazirliyin məqsədi rus bölməsini zəiflətmək deyil, Azərbaycan bölməsini rəqabətədavamlı etməkdir və bu, doğru yanaşmadır".


Kamran Əsədov hesab edir ki, mövcud müzakirələr valideynləri seçimlərinin nəticələri ilə üz-üzə qoyur və dil məsələsinin status yox, inkişaf məsələsi olduğunu gündəmə gətirir:

"Eyni zamanda, rus dilini real bilən, bu dil mühitində yaşayan uşaqlar üçün rus bölməsinin saxlanılması mədəni müxtəlifliyin qorunması baxımından əhəmiyyətlidir. Mənfi tərəf isə ondan ibarətdir ki, məsuliyyətsiz valideyn davranışı bütün sistemi günahkar vəziyyətə salır və yanlış həll yollarını aktuallaşdırır. Odur ki, dəyişən əsas məsələ rus bölməsinin hüquqi statusu yox, valideyn davranış modeli olmalıdır. Valideyn övladının marağını sosial ambisiyaya qurban verməməli, dili prestij alətinə çevirməməli, öz bilmədiyi dili uşağa zorla yükləməməlidir. Dəyişməli olan yanaşma keyfiyyət anlayışıdır: keyfiyyət dilin adında yox, müəllimin səviyyəsində, proqramın məzmununda və məktəbin məsuliyyətindədir. Dövlət bu istiqamətdə üzərinə düşəni edir, indi növbə valideynlərin öz məsuliyyətini dərk etməsindədir".

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri