Icma.az
close
up
RU
Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur”

Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər aktual olan mövzulardan biri də 110 ölkənin iştirak etdiyi Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasının yekun nəticələri ilə bağlıdır.  Nəticələrə əsasən, olimpiada da ilk yerdə Çin (6 qızıl), ikinci yerdə ABŞ (5 qızıl, 1 gümüş), üçüncü yerdə isə Cənubi Koreya (4 qızıl, 2 gümüş) qərarlaşıb.

Türkiyə (2 qızıl, 3 gümüş, 1 bürünc) bu olimpiada da 10-cu yerdədir.  Təəssüf doğuran isə odur ki,  Azərbaycan bu olimpiada da heç bir medal qazanmayıb.

Beləliklə, olimpiadanın nəticəsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Bu gün doğurdanmı ölkədə riyaziyyat sahəsinə maraq göstərən istedadlı gənclər yoxdur?   

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, istər olimpiadalar, istər yarışlarla bağlı bizim bütün olimpiadalarda qalib olmaq kimi bir öhdəliyimiz yoxdur və bundan panikaya düşməyə ehtiyac görmürəm:

“Bu məsələnin bir tərəfidir. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan elm və təhsil naziri təyin olunarkən, yəni Emin Əmrullayevin nazir kimi təqdimatı verilərkən başqa bir əsas gətirə bilmədilər. Dedilər ki, istedadlı uşaqlarla iş məsələsində, xüsusilə də olimpiadalarda yaxşı nəticələri olub. 

Ancaq zamanla Emin Əmrullayev məhz onun nazir olmasına təkan verən istedadlı uşaqlarla iş sahəsində heç nə etmədi. Birincisi, olimpiadaların təşkili ilə bağlı əvvəlki şəffaf mühit yoxdur. Ona görə də beynəxalq olimpiadalarda uğur qazana biləcək o şagirdlərlə işləyən müəllimlər də ruhdan düşüb. 

İkincisi, lisey və gimnaziyalara qəbul tamamilə bazara dönüb. Yəni nazirin ETN-nə gətirdiyi şəxslər təhsil yox, daha çox qısa müddətdə qazanc əldə edirlər. Təhsilin bütün sahələrində, o cümlədən istedadlı uşaqlarla iş sahəsində bərbad vəziyyətdir. 

Beynəlxalq riyaziyyat olimpiadası elədir ki, son 15 il ərzində elə il olmayıb ki, bizim şagirdlərimiz orada uğur qazanmasın. Ancaq son hadisə bir daha göstərir ki, ölkədə təhsil sisteminin bütün sahələri, o cümlədən istedadlı uşaqlarla iş sistemi artıq tamamilə nəzarətdən çıxıb”. 

Ekspertin sözlərinə görə, səbəb odur ki, təhsilin bütün sahələrinə, o cümlədən istedadlı uşaqlarla iş sisteminə kommersiya, biznes gözü ilə baxılır: 

“Nümunə üçün deyim ki, ölkənin riyaziyyat olimpiadalarında medal gətirən, uğur qazanan fizika-riyaziyyat-informatika təmayüllü lisey 1 ildir ki, direktorsuzdur. Lisey və gimnaziyaların idarə edilməsində, uşaqların qəbul edilməsində elə addımlar atılır ki, bunu may ayında da gördük. Təhsil İnstitutu təhsil sahəsində elmi araşdırmalar aparmaq əvəzinə imtahanlar keçirməklə məşğuldur. Eləcə də ETN ölkənin təhsil islahatını həyata keçirmək əvəzinə imtahanlar, təlimlər keçirməklə məşğuldur. 

Elm və təhsil nazirinin səriştəsiz, təhsilə kommersiya gözü ilə baxan komandanın özünəməxsus idarəetməsinin acı nəticəsidir ki, ölkədə təhsilin bütün sahələrində, o cümlədən istedadlı uşaqlarla iş sahəsində fiaskodur.  Düşünürəm ki, bundan sonrakı olimpiadalarda da 5-10 il bundan öncəki nəticələrimiz sürətlə aşağı düşəcək. Çünki istedadlı uşaqlarla iş məsələsi bərbad vəziyyətdədir.

Onun acı nəticəsidir ki, yalnız riyaziyyat olimpiadası deyil, digər olimpiadalarda da nəticələrimiz sürətlə aşağı düşməkdədir. Yəni 5-10 il bundan öncə beynəlxalq olimpiadalarda ildə 150-170 medal qazana bilirdiksə, indi geniş yayılmış olimpiadalarda 1 medal belə qazana bilmirik”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Ekspert direktor Elşən Qafarov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri