Icma.az
close
up
RU
Ekspertdən orqanik məhsullarla bağlı xəbərdarlıq

Ekspertdən orqanik məhsullarla bağlı xəbərdarlıq

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Marketlərdə və bazarlarda “ekoloji təmiz”, “orqanik”, “təbii” kimi etiketlərlə satılan məhsulların sayı sürətlə artır. Bəs “ekoloji təmiz məhsul” etiketi hansı hallarda qanuni və əsaslı hesab olunur? Bu məhsulların həqiqətən ekoloji standartlara uyğun istehsal edilib-edilmədiyini necə müəyyənləşdirmək olar? Azərbaycanda bu sahəyə nəzarət hansı qaydada həyata keçirilir və istehlakçılar aldadıcı etiketlərdən özlərini necə qoruya bilərlər?
Mövzu ilə bağlı qida eksperti Ağa Salamov Demokrat.az-a bildirib ki, sertifikatın olmaması həmin məhsulun yalnız marketinq məqsədilə təqdim edilməsi ehtimalını artırır:
"İstehlakçılar diqqətli olmalı, məhsulun mənbəyini araşdırmalıdır. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və markalanması qanunvericiliklə tənzimlənir. Müvafiq dövlət qurumları tərəfindən nəzarət tədbirləri həyata keçirilsə də, istehlakçıların da diqqətli olması vacibdir. Onlar məhsul barədə araşdırma aparmalı və hüquqlarını tələb etməlidirlər.
Məsələn, çiyələk alırsan, bir neçə saat sonra güclü allergik reaksiyalar başlayır, bütün bədəndə səpkilər yaranır. Bu günlərdə bu barədə paylaşımlar da olmuşdu. Burada söhbət ekoloji təmiz məhsuldan getmir, əksinə pestisidlərin və herbisidlərin normadan artıq istifadəsi insan sağlamlığını ciddi təhlükə altına qoya bilər. Təkcə markalanmış məhsullar deyil, markalanmamış məhsullar da bu riskləri daşıyır. Məsələn, alça və digər meyvələrdə də əvvəllər rast gəlinməyən allergik reaksiyalar müşahidə olunur".
Ekspert istehlakçılara tövsiyə edir ki, məhsul alarkən yalnız qablaşdırmadakı reklam xarakterli ifadələrə deyil, sertifikatına, tərkibinə, istehsalçı məlumatlarına və etibarlı satış məntəqələrinə diqqət yetirsinlər:
"Qida təhlükəsizliyi baxımından məhsulun izlənilə bilən mənşəyə və təsdiqlənmiş keyfiyyət göstəricilərinə malik olması üzərində yazılan ifadələrdən daha önəmlidir.
Son illərdə sağlam qidalanmaya marağın artması ilə “ekoloji təmiz”, “orqanik” və “təbii” kimi ifadələrlə satışa çıxarılan məhsulların sayı da xeyli çoxalıb. Lakin bu sözlərin məhsulun üzərində qeyd olunması onun həqiqətən ekoloji standartlara uyğun olduğunu avtomatik şəkildə təsdiqləmir. Ekoloji təmiz məhsul anlayışı müəyyən tələblərə cavab verən istehsal sistemini ifadə edir. Bu məhsulların istehsalında torpağın becərilməsindən tutmuş emal, saxlanma və satış mərhələlərinə qədər bütün proseslər xüsusi qaydalara uyğun aparılmalı və müvafiq sertifikatlaşdırma orqanları tərəfindən təsdiqlənməlidir.
Buna görə də yalnız “təbii” və ya “ekoloji təmiz” kimi yazılar istehlakçı üçün kifayət hesab edilməməlidir. İstehlakçılar məhsul seçərkən sertifikatlaşdırma nişanına, istehsalçı məlumatlarına və məhsulun mənşəyinə diqqət yetirməlidirlər. Əgər məhsul həqiqətən orqanik və ekoloji standartlara uyğun istehsal olunubsa, bununla bağlı müvafiq sənədlər və rəsmi markalanma olmalıdır", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyun 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri