Icma.az
close
up
RU
Ekspertdən şok iddia: “Bundan sonra da “Sədərək”də yanğınlar olacaq”

Ekspertdən şok iddia: “Bundan sonra da “Sədərək”də yanğınlar olacaq”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bugünlərdə “Sədərək” ticarət mərkəzində növbəti yanğın müşahidə edildi.

Həmin ticarət mərkəzində artıq bir neçə dəfə bu hadisə təkrar olunub.  Nəticədə orada ticarətlə məşğul olan insanların əmlakı yanaraq məhv olur.

Burada “itirən” isə ticarətlə məşğul olan kiçik sahibkarlardır. 

Ümumiyyətlə, “Sədərək”dəki yanğın biznesin etibarlı şəkildə qoruna bilmədiyini göstərdi. Belə ki, adıçəkilən ticarət mərkəzində heç bir sahibkarın obyekti sığortalanmayıb.

Bəs bu kimi ticarət mərkəzləri sığorta oluna bilərmi?

Məsələ ilə bağlı sığorta üzrə ekspert Şahin İsmayılov “Cebheinfo.az”-a bildirib ki, burada daşınan əmlakın sığortasından söhbət gedir, bu könüllü sığortadır və sığorta şirkətləri də bundan imtina edirlər:

“Çünki bu onlara sərf eləmir və riskdir. Sahibkar üçün çıxış yolu yoxdur. Belə bir yanğın hadisəsində sahibkar ya itirməlidir, ya da bunun başqa bir variantı yoxdur. Orada təhlükəsizlik aşağı səviyyədədir.

Dükanlar bir-birinin “içindədir”. Bir mağazanın yanması bəs edir ki, orada yüzlərlə obyekt yansın. Əslində orada daşdan arakəsmələr olmalıdır. Güclü yanğın əleyhinə təhlükəsizlik tədbirləri görülməlidir. Orada su, yanğısöndürən avadanlıqlar olmalıdır.

Qısaqapanma olduqda işığın kəsilməsi üçün xüsusi avadanlıq olmalıdır ki, bütün obyektin elektriki kəsilsin. Ancaq orada bunlar yoxdur. Hamısı kustar üsulla bağlanıb. Oradakılar da yanğınameyilli mallardır. Biri alışdısa, onu söndürmək mümkün deyil”.

Onun sözlərinə görə, sığorta şirkətlərinin təklif etdiyi icbari sığorta və könüllü sığorta növləri var:

“İcbari olanlar qanunla tənzimlənir və bunun olmamasına görə vətəndaş cərimələnə bilir. Sığorta şirkətləri bu məhsulların sığortasından imtina edə bilməzlər.

Heç heç bir qanun sığorta şirkətini məcbur edə bilməz ki, könüllü sığorta etsin. Ancaq “Sədərək”dəki daşınan əmlaka könüllü növ sığorta tətbiq edilir və qanunla tənzimlənmir. Yəni qanun sığorta şirkətini məcbur edə bilməz ki, “Sədərək” ticarət mərkəzində minlərlə ticarətçinin malını sığortalasın.

Burada vətəndaş artıq çıxılmaz vəziyətdədir. Sığorta şirkəti sığortalamaqda maraqlıdır. Çünki vəsait əldə edir. Ancaq sığorta şirkəti gedib “Sədərək”də baxır ki, burada bir kibrit yandırsalar, qısaqapanma olsa, gərək, məsələn, 100 milyon ödəniş etsin.

Ona görə sığorta şirkətləri daşınan əmlakın sığortasından qaçırlar. Bunun ancaq bir çarəsi var. “Sədərək” ticarət mərkəzi sökülməlidir. Təzdən daşdan arakəsmələrlə tikilməlidir ki, bir obyektdə nəsə yananda digərinə keçə bilməsin.

Bu da mümkün deyil. Çünki “Sədərk” böyük bir ərazini əhatə edir. Yəni bundan sonra da yanğınlar olacaq, vətəndaşlar zərər görəcək. Orada 30-35 milyonluq mal yanıb. Bunu da heç kəs ödəməyəcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: “Sədərək” yanğın Şahin İsmayılov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri