Icma.az
close
up
RU
Ekspertdən xəbərdarlıq: ABŞ ın İrana qarşı əməliyyatında quru mərhələsi başlaya bilər

Ekspertdən xəbərdarlıq: ABŞ ın İrana qarşı əməliyyatında quru mərhələsi başlaya bilər

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-ın İrana qarşı hərbi əməliyyat çərçivəsində quru qoşunlarının tətbiqinə sürətlə keçə biləcəyi ehtimal olunur.

Bizimyol.info xəbər verir ki, bu fikri martın 20-də ABŞ Milli Kəşfiyyat Direktoru aparatında terrorla mübarizə mərkəzinin rəhbəri vəzifəsindən İslam Respublikasına qarşı əməliyyatla razılaşmadığı üçün ayrılan Co Kent səsləndirib.

“Gizli məlumatlara malik deyiləm, hərbi planlardan xəbərim yoxdur. Hətta bilsəydim belə, onları açıqlaya bilməzdim. Amma ABŞ prezidenti Donald Tramp bildirib ki, bütün variantlar nəzərdən keçirilir”, – deyə Kent “Breaking Points” podkastının aparıcısı Saagar Enjeti ilə müsahibəsində bildirib.

O əlavə edib ki, döyüş təcrübəsinə əsasən vəziyyət çox sürətlə dəyişə bilər: “Bəzən elə qərarlar olur ki, onların qəbulu üçün vaxtın olduğunu düşünürsən. Amma əslində bu vaxt olmaya bilər. Əgər hərbi imkanlar artıq yerləşdirilibsə, çox vaxt onlar istifadə olunur”, - deyə bildirib.

ABŞ-ın İrana qarşı əməliyyatının quru mərhələsinə keçid ehtimalını şərh edən Kent: “Bu məni narahat edir, hadisələr çox sürətlə inkişaf edə bilər”, - deyib.

Eyni gün "CBS News" telekanalı mənbələrə istinadən xəbər verib ki, Pentaqon prezidentin tapşırığı ilə İranda qoşunların yerləşdirilməsinə hazırlaşır, lakin belə əməliyyatın keçirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Bundan əvvəl "Fox News" ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən bildirmişdi ki, "USS Boxer" universal desant gəmisinin rəhbərlik etdiyi amfibiya-desant qrupu və ABŞ dəniz piyadalarının 11-ci ekspedisiya dəstəsi Yaxın Şərqə doğru yola düşüb.

Təxminən 4,5 min dənizçi və dəniz piyadasından ibarət qrup martın 18-də Kaliforniya ştatının San-Dieqo şəhərindən yola çıxaraq hazırda Sakit okeanı keçir. Rəsmi şəxslərin qiymətləndirməsinə görə, onların Yaxın Şərqdə məsuliyyət zonasına çatması təxminən bir ay çəkəcək.

Əməliyyat birləşməsinə "USS Portland" desant-helikopter gəmi-doku və "USS Comstock" desant nəqliyyat-doku da daxildir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Mart 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri