Icma.az
close
up
RU
Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN KONKRET

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil, həm də virus və infeksiyalara qarşı effektiv müdafiə mexanizmi kimi çıxış edir.

Bəs rütubətli havalarda immun sistemini gücləndirmək üçün hansı qidalar daha faydalıdır?

Qida məsələləri üzrə ekspert Asim Vəliyev KONKRET.az-a açıqlamasında qeyd edib ki, fəsil dəyişikliyi ilə birlikdə həm geyimdə, həm də qida rasionunda dəyişiklik etmək vacibdir: “Rütubətli mühit patogen mikroorqanizmlərin və kif göbələklərinin artması üçün əlverişli şərait yaradır. Gün işığının azalması və temperatur fərqləri də immun sisteminə mənfi təsir göstərir. İmmun hüceyrələrinin böyük hissəsi bağırsaqlarda yerləşdiyi üçün bu dövrdə həzm sisteminin qorunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan probiotiklərlə zəngin qidaların qəbulu tövsiyə olunur. Evdə hazırlanmış qatıq, təbii kefir və kələm turşusu bağırsaq florasını gücləndirərək viruslara qarşı ilkin müdafiə rolunu oynayır. Sarımsaq tərkibindəki allisin maddəsi sayəsində təbii antibiotik təsiri göstərir və çiy halda istifadə edilməsi daha faydalıdır. Zəncəfil və sarıkök isə orqanizmi daxildən isidir, iltihabın qarşısını alır. Sarıkökün qara istiot və zeytun yağı ilə birlikdə istifadəsi isə onun mənimsənilməsini artırır”.

Asim Vəliyev əlavə edib ki, C vitamini ilə zəngin qidalar – itburnu dəmləməsi, kivi, bibər və sitrus meyvələri bu mövsümdə xüsusilə vacibdir. Sink çatışmazlığının immuniteti zəiflədən əsas amillərdən biri olduğunu deyən ekspert, balqabaq toxumu, qırmızı ət və mərci kimi məhsulların rasionda yer almasının önəmini vurğulayıb: “Rütubətli havalarda qidalarda kiflənmə riski artır. Un, düyü və qoz-fındıq kimi məhsulların rütubəti tez çəkməsi nəticəsində zərərli aflatoksinlərin yaranma ehtimalı yüksəlir. Bu səbəbdən qidaların quru və şüşə qablaşdırmada saxlanılması, eləcə də alış zamanı məhsulların vəziyyətinə diqqət yetirilməsi tövsiyə olunur”.

Ekspert sonda bildirib ki, soyuq və rütubətli havalarda susuzluq hissi azalsa da, orqanizmin normal fəaliyyəti üçün kifayət qədər su qəbulu vacib olaraq qalır. Otaq temperaturunda su içmək toksinlərin orqanizmdən xaric olunmasına kömək edir.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Aprel 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri