Icma.az
close
up
RU
Eksprezidentlər Paşinyana qarşı BİRLƏŞDİ Nikolu çətin günlər GÖZLƏYİR...

Eksprezidentlər Paşinyana qarşı BİRLƏŞDİ Nikolu çətin günlər GÖZLƏYİR...

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın üç keçmiş prezidenti – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan birgə bəyanat yayaraq baş nazir Nikol Paşinyanı “Dağlıq Qarabağ məsələsi ilə bağlı məsuliyyətdən yayınmaq üçün həqiqətləri təhrif etməkdə” ittiham ediblər.
Keçmiş prezidentlər bildiriblər ki, Paşinyan ATƏT-in Minsk qrupunun-ABŞ, Rusiya və Fransanın həmsədr olduğu vasitəçilik təşəbbüsünün təkliflərini səhv təqdim edir. Onlar baş nazirin "Dağlıq Qarabağın" taleyi ilə bağlı məsuliyyəti üzərindən atmaq istədiyini qeyd ediblər.
Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan bu məsələni belə şərh edib:
“Paşinyan, "Dağlıq Qarabağın itirilməsinin məsuliyyətini" öz üzərindən atmaq üçün hər fürsətdən istifadə edir. Bu, onun ömrünün sonuna qədər üzərində qalacaq bir günahdır”.
Parlamentdə Koçaryanın başçılıq etdiyi “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan Paşinyanın 2020-ci ildəki siyasətini və açıqlamalarını Azərbaycanın 44 günlük Vətən müharibəsinə səbəb olan əsas amillərdən biri kimi göstərib. Onun sözlərinə görə, “1991-ci ildən bəri təklif edilən bütün nizamlama variantları hazırkı vəziyyətdən daha yaxşı idi”.
Müxalifət liderləri hesab edirlər ki, Paşinyan “Madrid prinsipləri”ni qəbul etməməklə, Ermənistan üçün fəlakətli nəticələr doğuran müharibəni qaçılmaz edib.
Paşinyan isə bir neçə dəfə “Madrid prinsipləri”ni tənqid edərək iddia edib ki, 1994-cü ildən bəri vasitəçilərin təklif etdiyi sülh planlarının hamısı Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutub və bunun əvəzində Ermənistana heç nə təklif edilməyib. 
Görünən odur ki, Ermənistanın keçmiş prezidentləri Paşinyana qarşı birləşiblər. 
Hətta Paşinyanın “xaç atası” hesab edilən Levon Ter-Petrosyan da ona qarşı çıxır. 
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, Ermənistanın keçmiş prezidentlərinin Paşinyana qarşı birləşmələrinin arxasında hazırkı baş nazirin hakimiyyətinə son qoymaq məqsədi dayanır:
“İlk növbədə qeyd etməliyik ki, Ermənistanın keçmiş prezidentlərinin Paşinyana qarşı birləşməsi bu hərbi cinayətkarların yenidən hakimiyyətə gəlmək istəyindən irəli gəlir. Hakimiyyəti ələ keçirməklə də bu şəxslər revanşist müharibəni yenidən başlamağı düşünürlər. Onlar hərbi cinayət törədiblər və buna görə də məsuliyyətə cəlb edilməlidirlər. Bu səbəbdən həm yenidən hakimiyyətə gəlmək, həm də beynəlxalq tribunaldan qaçmaq üçün Paşinyana qarşı birləşmək qərarına gəliblər”. 
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri