Icma.az
close
up
RU
Ekstrasensdən Putin haqda şok proqnozlar 2026 da...

Ekstrasensdən Putin haqda şok proqnozlar 2026 da...

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yaşayan Nostradamus” kimi tanınan ekstrasens Atos Salome 2026-cı il üçün proqnoz verib. Onun proqnozlarından biri Rusiya Prezidenti Vladimir Putinlə bağlıdır. 39 yaşlı ekstrasens Kreml liderinin sağlamlığında “nevroloji” böhran olacağını proqnozlaşdırır.

Atos Salome COVİD-19-un yayılması və Kraliça II Yelizavetanın ölümü ilə bağlı proqnozlar da daxil olmaqla, sonradan gerçəkləşən bir neçə proqnoz verdikdən sonra şöhrət qazanıb. O, gələn il üçün proqnozların siyahısını eksklüziv olaraq “Express”lə paylaşıb. Siyahıda Rusiya, Hindistan və Almaniyada qlobal güc dinamikasında dəyişiklik yer alır. Onun sözlərinə görə, bu, “planetin görünməz yenidən qurulmasıdır” (Lent.az).

Salome iddia edir ki, Kremldən “partlayış effektli hadisələr” gözlənilir: “Moskvada Vladimir Putin strateji qərar qəbul etməsinə mane olacaq nevroloji böhranla üzləşir. Putin çox güman ki, sağlamlığına üstünlük verəcək və Patruşev, Şoyqu və Bortnikovun triumviratının 2026-cı ilin may ayına qədər hakimiyyətdə qalmasına yol açacaq”.

Məqalə müəllifləri qeyd edirlər ki, yuxarıda adıçəkilən şəxslər Putinin yaxın adamları hesab olunurlar. Nikolay Patruşev prezidentin rəsmi köməkçisi, Sergey Şoyqu Təhlükəsizlik Şurasının katibi və Rusiya Müdafiə Nazirliyinin keçmiş rəhbəridir. Aleksandr Bortnikov isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorudur.

Qeyd edək ki, il ərzində Rusiya liderinin səhhəti ilə bağlı müxtəlif şayiələr yayılıb. Ölkənin 73 yaşlı liderinin hər hansı bir spesifik sağlamlıq problemindən əziyyət çəkib-çəkmədiyi hələ də məlum deyil. Lakin oktyabr ayında Kreml onun iki həftəlik ictimaiyyətin diqqətindən kənarda qaldıqdan sonra xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Bəs yerli ekstrasenslər Atos Salomenin proqnozunu bölüşürlərmi?

Mövzu ilə bağlı həm Rusiyada, həm də Azərbaycanda tanınan ekstrasens Zirəddin Rzayev “Yeni Müsavat”a açıqlama verib. O bildirib: “Atos Salomeni tanımıram. O ki qaldı onun koronavirus, Kraliça II Yelizavetanın ölümü ilə bağlı proqnozlarına, hər kəsdən öncə koronavirusla bağlı, həmçinin iki il əvvəldən Yelizavetanın ölümü ilə bağlı proqnozları demişdim. Putinin nevroloji xəstəliyi ilə bağlı proqnozuna gəldikdə, burada da yeni heç bir şey deməyib. Bununla bağlı Rusiya mətbuatında çox geniş yazılar dərc olunub, özünə ekstrasens deyən şəxs də həmin yazılardan özü üçün proqnozlar çıxarıb. Onun dediklərində yeni bir proqnoz yoxdur”. 

Qeyd edək ki, Putinin sağlamlığı haqqında tez-tez ekstrasenslər proqnozlar verir. Bu cür proqnozlar xüsusilə xarici media orqanlarında, o cümlədən Britaniya mətbuatında, həmçinin Ukraynadakı bəzi Telegram kanallarında ortaya çıxır. Bununla yanaşı, təkcə ekstrasenslər deyil, bəzi mütəxəssislər də onun ciddi xəstəlik iddiaları, bəzən hətta artıq ölümü ilə bağlı spekulyasiyalar irəli sürürlər. Bu cür spekulyasiyalar həm ictimaiyyət arasında maraq doğurur, həm də xəbərlərin tez-tez sosial mediada paylaşılmasına səbəb olur.

Lakin Rusiya Prezidenti Vladimir Putin və Kreml təmsilçiləri mütəmadi olaraq onun sağlamlıq vəziyyəti ilə bağlı yayılan bütün şayiələri təkzib ediblər. Kremlin açıqlamalarına görə, Putin yaxınlarda tibbi müayinə keçib və ümumi sağlamlığının yaxşı olduğu deyilib. Rəsmi mənbələr belə iddiaları uydurma və yanlış məlumatlar kimi qiymətləndirir və onların əsassız olduğunu vurğulayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri