Ekvador millisinin futbolçusu 22 yaşında vəfat edib
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ekvador millisinin və LDU klubunun futbolçusu Marko Anqulo 22 yaşında vəfat edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, oyunçu avtomobil qəzasından sonra həyatını itirib.
Hadisə oktyabrın 7-də baş verib. Kito şəhərinin cənub-şərqində Anqulo və digər dörd nəfərin olduğu avtomobil sürətlə hərəkət edərkən 50 tonluq metal konstruksiyaya çırpılıb. Qəza nəticəsində avtomobildəki şəxslərdən ikisi hadisə yerində həlak olub.
Anqulo isə çanaq sümüyünün sınığı, pnevmotoraks, beyin ödəmi və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bir ay xəstəxanada yatan futbolçu həkimlərin bütün səylərinə baxmayaraq, noyabrın 11-də vəfat edib.
Qeyd edək ki, M.Anqulo Ekvador millisində 2 oyun keçirmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















