Ekvador Prezidenti özünə qarşı sui qəsd cəhdini təsdiqləyib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 24 oktyabr, AZƏRTAC
Ekvador Prezidenti Daniel Noboa Los-Rios əyalətinə səfəri zamanı ona təqdim edilən məhsullarda aşkarlanan zəhərli maddələrin miqdarını istehsal səhvi ilə izah etməyin mümkün olmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, Daniel Noboa bunu CNN telekanalına müsahibəsində deyib. “Məhsullarda üç müxtəlif kimyəvi birləşmənin çox yüksək dozaları aşkarlanıb. Bu qədər zərərli maddələrin təsadüfən eyni məhsulda cəmlənməsi demək olar ki, mümkün deyil”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Ekvador Prezidentinin təhlükəsizlik xidməti oktyabrın 17-də Babaoyo şəhərində keçirilən tədbir zamanı dövlət başçısına təqdim edilən mürəbbə və içki şüşələrində yüksək toksik xüsusiyyətə malik üç birləşmənin - tionil xlorid, xloretanol və antrasenin izlərini aşkarlayıb.
“El Universo” qəzetinin yazdığına görə, oktyabrın 21-də hadisə ilə bağlı Ekvador Cinayət Məcəlləsinin 341-ci maddəsi - dövlət başçısına sui-qəsd cəhdi üzrə araşdırma başlanıb.
Hədiyyə səbətinə daxil olan məhsulları göndərən yerli sahibkar Yolanda Penyafiel yerli mediaya açıqlamasında həmin məhsulları ev şəraitində hazırladığını və hərbçilərə təhvil verdiyini, bundan sonra isə onların aqibətindən xəbərsiz olduğunu deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















