Ekvadorda CNN loqolu paketlərdə 1,6 ton kokain müsadirə edilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ekvador polisi ölkənin Esmeraldas əyalətində keçirilən əməliyyat zamanı CNN telekanalının loqosu olan paketlərdə 1,6 ton kokain aşkar edərək müsadirə edib.
APA xəbər verir ki, polisin məlumatına görə, San-Qreqorio kəndində 1611 paket kokain hidroxlorid aşkarlanıb.
Əməliyyat bir neçə ay davam edən istintaqdan sonra keçirilib. Ərazidə narkotiklərin dəniz yolu ilə daşınması üçün istifadə olunduğu ehtimal edilən motorlu qayıq və 757 litr yanacaq da tapılıb.
Müsadirə olunan kokainin dəyərinin Ekvadorun daxili bazarında təxminən 1,8 milyon dollar, ABŞ bazarında isə 48 milyon dollar olduğu bildirilir.
Baxış sayı:207
Bu xəbər 13 Avqust 2026 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















