Ekvadorda parlament və prezident seçkiləri keçirilir, sərhədlər bağlanıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Ekvadorda parlament və prezident seçkilərində səsvermə keçirilir, qonşu ölkələrlə sərhədlər bağlanıb.
APA-nın xəbərinə görə, prezident postu uğrunda hazırkı dövlət başçısı Daniel Noboa da daxil olmaqla, 16 namizəd mübarizə aparır.
Seçkilərdə hazırkı prezidentin əsas rəqibi 2007-2017-ci illərdə Rafael Korreranın prezidentliyi dönəmində hökumətdə müxtəlif vəzifələr tutmuş Luiza Qonzales sayılır. Luiza Qonzalesin namizədliyi Vətəndaş İnqilabı Hərəkatı tərəfindən irəli sürülüb. Prezident seçkilərində qalib gəlmək üçün seçicilərin ən azı 40 faizinin səsini toplamaq, yaxud ən yaxın namizəddən ən azı 10 faiz çox səs toplamaq tələb olunur. Əgər namizədlərdən hər hansı biri lazımi səsi toplamazsa, aprelin 13-də ikinci tur keçiriləcək.
Ekvadorda seçicilər eyni zamanda Milli Assambleyaya 151 deputat seçməlidirlər.
Son illər ölkədə təhlükəsizliklə bağlı yaşanan böhranla əlaqədar seçkilərdən öncə Prezident Daniel Noboa 8-10 fevral tarixlərində sərhədlərin bağlanması barədə göstəriş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 Fevral 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















