“Əl Cəzirə”: Qəzzada İsrail əməliyyatları nəticəsində 19 fələstinli həlak olub
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəzza zolağında İsrail qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azı 19 fələstinlinin öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklavdakı xəstəxanalardakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ölənlərin 12-si Qəzza şəhəri və zolağın şimal hissəsində qeydə alınıb. Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bəlah şəhərində avtomobilə endirilən zərbə nəticəsində iki nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilib.
Həmçinin Xan Yunis şəhəri yaxınlığında və Cəbəlyada İsrail qüvvələrinin atəşi nəticəsində yaralananların olduğu qeyd edilib.
Digər beş fələstinlinin ölümü ilə bağlı əlavə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 03 Avqust 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















