Əl əyləcini çəkməyi unudan bəyin səhvi gəlinin həyatını təhlükəyə atdı VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Hadisə Bursada baş verib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, toy mərasimindən sonra evlərinə yollanmağa hazırlaşan cütlüyün yaşadığı qəza qonaqları da təşvişə salıb.
Toy salonunun qarşısına avtomobili gətirən bəy həyəcandan əl əyləcini çəkməyi unudub. Gəlin maşına mindiyi anda avtomobil sürücüsüz şəkildə hərəkətə keçib.
Qapıları açıq vəziyyətdə olan maşın salonun qarşısından hərəkət edərək yolun ortasındakı metro divarına çırpılıb. Hadisə zamanı maşında yalnız gəlin olub. Yolda nəqliyyatın az olması faciənin qarşısını alıb.
Avtomobilin qarşısından keçən bir dəvətli isə maşının altında qalmaqdan son anda xilas olub. Gəlin xəsarət almasa da, hadisə toy iştirakçıları arasında böyük təşviş yaradıb.
Faktla bağlı araşdırma aparılır.(son.xeber)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 30 İyul 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















