Əl işlərimiz Oman forumunda
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Turizm Agentliyi Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən yaradıcılıq üzrə əl işi sənayelərinə həsr olunmuş Birinci Beynəlxalq Forumda milli stendlə təmsil olunub.
Agentlikdən XQ-yə bildirilib ki, forum Omanla yanaşı, müxtəlif xarici ölkələrdən yaradıcılıq və əl işi sənayeləri sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrini bir araya gətirib.
Forum çərçivəsində Azərbaycanın Oman sultanlığındakı səfiri Rəşad İsmayılov, Omanın mədəni irs və turizm naziri Seyid İbrahim bin Səid əl-Busaidi və Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumunun sədri Halima bint Raşid əl-Zəriyə milli stendi ziyarət edib.
Ziyarətçilər milli stenddə yerli sənətkarlar tərəfindən nümayiş etdirilən Şəkiyə məxsus şəbəkə, təkəlduz və keçə sənəti nümunələri ilə tanış olublar.
XQ
Baxış sayı:27
Bu xəbər 27 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















