El Klasikonun sonunda kütləvi qarşıdurma FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya La Liqasının 10-cu turunda El Klasikonun - “Real” – “Barselona” oyununun sonunda futbolçular arasında insident baş verib.
İdman.Biz xəbər verir ki, final fitinə az qalmış texnini zonada gərginlik yaranıb.
Toqquşmanın fəal iştirakçıları “Barselona”nın yarımmüdafiəçisi Rafinya və “Real”ın hücumçusu Vinisius Junior olub.
Matç başa çatandan sonra kütləvi qarşıdurma meydanda da davam edib. Lakin insident əlbəyaxa dava səviyyəsinə çatmayıb.
Qeyd edək ki, Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xalını 27-ə yüksəldən “Real” turnir cədvəlində liderliyə yüksəlib. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Oktyabr 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















