“Əl Nəsr i çempion etdi “Fənərbağça”ya gedir
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliyalı mütəxəssis Xorxe Jesus komandanın Səudiyyə Ərəbistanı çempionatında qələbəsindən sonra “Əl-Nəsr” futbol klubunun baş məşqçisi vəzifəsindən istefa verdiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə B24 portalı məlumat yayıb.
“Bu qələbə ilk növbədə Kriştianu üçündür. Mən bu çağırışı yalnız ona “Sənin çempion olmağına kömək edəcəyəm, biz titul qazanacağıq, sonra isə mən gedəcəyəm” dediyim üçün qəbul etdim”, - deyə Jesus bildirib.
“Bundan sonra hara gedəcəyəm? Bəlkə də, “Fənərbağça” ilə yarımçıq qalmış və tamamlanmalı olan bir hekayəm var”, - portuqaliyalı mütəxəssis əlavə edib.
Qeyd edək ki, 71 yaşlı Jesus 2025-ci ilin iyul ayından bəri “Əl-Nəsr”ə rəhbərlik edir. O, 2023-cü ildən 2025-ci ilə qədər Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda işləyib, həmçinin, 2018-ci ildən 2019-cu ilə qədər kluba rəhbərlik edib. Onun rəhbərliyi altında komanda üç dəfə Səudiyyə Super Kubokunu, həmçinin, Səudiyyə Çempionatını və Səudiyyə Kubokunu qazanıb.
Bundan əvvəl o, Portuqaliya “Benfika”sının baş məşqçisi olub və onunla birlikdə üç dəfə ölkə çempionu (2010, 2014, 2015) olub. Jesus həmçinin, “Benfika” ilə Portuqaliya Kubokunun (2014) və Super Kubokunun (2010, 2011, 2012, 2014, 2015) sahibi olub. Bundan başqa, Jesus Braziliyanın “Flamenqo”, Türkiyənin “Fənərbağça” və Portuqaliyanın “Sportinq”, “Braqa”, “Belenenseş”, “Moreyrense” və “Vitoriya Gimaraynş” klublarına da rəhbərlik edib.
Onu da bildirək ki, “Fənərbağça”da növbəti ay prezident seçkiləri keçiriləcək. Ən iddialı namizəd, həmçinin klubun sabiq prezidenti Əziz Yıldırım seçiləcəyi təqdirdə Xorxe Jesusla çalışmaq fikrində olduğunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:Ronaldodan dubl, Əl Nəsr çempion!
22 May 2026 08:09
“Fənərbağça”ya prezident yox, çempion olmaq üçün gəlirəm”
15 May 2026 14:48
Ronaldo dubl etdi, Əl Nəsr çempion oldu
22 May 2026 00:31
“Fənərbağça” “Əl Nəsr”dən onu aldı
27 Yanvar 2025 17:50
“Əl Nəsr” “Fənərbağça”lıya “elçi düşdü”
03 May 2026 14:29
Baxış sayı:141
Bu xəbər 22 May 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















