Əl Nəsr mövsümdə ilk dəfə uduzdu
Icma.az bildirir, Qol.az portalına istinadən.
Səudiyyə Ərəbistanı çempionatında 11-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Kriştianu Ronaldonun formasını geydiyi “Əl Nəsr” öz meydanında “Əl Qadisiyə” ilə üz-üzə gəlib.
Portuqaliyalı ulduz ilk hissədə komandasının hesabda önə keçirsə də, yekunda “Əl Nəsr” meydanı məğlub tərk edib.
“Əl Nəsr” - “Əl Qadisiyə” - 1:2
Qollar: Kriştianu Ronaldo, 32 (1:0), Julian Quinones, 37 (1:1), Pyer-Emerik Aubameyanq, 50 (1:2)
Bu, Ronaldonun komandasının cari mövsümdə çempionatdakı ilk məğlubiyyətidir. “Əl Nəsr” hazırda 22 xalla üçüncü, eyni xala malik “Əl Qadisiyə” isə beşinci pillədə qərarlaşıb. Lider “Əl Hilal”ın 28, ikinci yeri tutan “Əl İttihad”ın isə 27 xalı var.
Baxış sayı:58
Bu xəbər 23 Noyabr 2024 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















