“Əl Nəsr” qalib gəlib, Ronaldo 953 cü qolunu vurub VİDEO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanı Pro-Liqasının 8-ci turunda “Neom” və “Əl-Nəsr” komandaları qarşılaşıblar.
İdman.Biz bildirir ki, komandalar “Kral Xalid Sports Siti” stadionunda (Tabuk) oynayıblar. Qonaqlar 3-1 hesabı ilə qalib gəlib.
Oyunun ilk qolunu qonaqların hücumçusu Qabriel Anjelo 47-ci dəqiqədə qol vurub. “Neom” hücumçusu Lusiano Rodriges 56-cı dəqiqədə qırmızı vərəqə alıb. 65-ci dəqiqədə Kriştiano Ronaldo penaltidən qol vuraraq karyerasındakı 953-cü qoluna imza atıb. Meydan sahiblərinin hücumçusu Əhməd Abdu Caber 84-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. İki dəqiqə sonra Joao Felix hesabı 3-1 edib.
Səkkiz oyundan sonra “Əl-Nəsr” 24 xalla Səudiyyə Ərəbistanı Pro-Liqasının turnir cədvəlində birinci yerdədir. “Neom” 13 xalla yeddinci yerdə qalır.
Baxış sayı:76
Bu xəbər 08 Noyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















