“Əl Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının 16 cı turunda “Əl Şəbab”ı məğlub edib
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanı Pro Liqasının 16-cı turunda “Əl-Nəsr” və “Əl-Şəbab” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl-Əvvəl Park” stadionunda qarşılaşıblar. “Əl-Nəsr” 3:2 hesablı qələbə qazanıb.
Hesab ikinci dəqiqədə “Əl-Şəbab”ın müdafiəçisi Saad Yaslamın öz qapısına vurduğu qol ilə açılıb. Səkkizinci dəqiqədə “Əl-Nəsr”in hücumçusu Kinqsli Koman ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. “Əl-Nəsr”in müdafiəçisi Mohamed Simakan 31-ci dəqiqədə öz qapısına qol vurub. Qonaq komandanın hücumçusu Karlos Junior 53-cü dəqiqədə bərabərlik qolunu vurub. Hücumçu Əbdülrəhman Qərib 76-cı dəqiqədə “Əl-Nəsr”i irəli çıxarıb.
Səudiyyə Ərəbistanı liqasında 15 oyundan sonra “Əl-Nəsr” 34 xalla turnir cədvəlində üçüncü yerdədir. “Əl-Şəbab” isə 11 xalla 14-cü yerdə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 18 Yanvar 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















