Əl Oyunları Sarayında tapılan 10 min manat sahibinə qaytarılıb
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Səbail rayonunda Əl Oyunları Sarayında tapılan 10 000 manat sahibinə qaytarılıb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
“Min manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb. Pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub. Jurnalist həmkarlarıma təşəkkür edirəm”, - E. Hacıyev bildirib.
Qeyd edək ki, daha əvvəl olan Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşlarının 10 000 manat pul tapdığı bildirilib. DİN rəsmisi xahiş edib pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 Yanvar 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















